Kiçik Akademiya

"Kiçik Akademiya"nın iclası keçirildi11.06.2019 və 13.06.2019-cu il tarixlərdə Suraxanı rayonu S.Abdullayev adına 290 N-li tam orta məktəbdə “Kiçik Akademiya”nın üzvlərinin hazirladıqları prizentasiyalara baxış və gördükləri işlərin hesabatı ilə bağlı iclas keçirildi. “Kiçik Akademiya”nın prezidenti Asya Qurbanova gündəlikdə duran məsələ ilə bağlı məlumat verdi. Görülən işlərə baxış keçirildi. Qərar: 1.” Kiçik Akademiya”nın üzvlərinin hazırladıqlari elmi işlər və təqdimatlar tamamlansın Paşayeva Təmanət Polad qızı-coğrafiya 1.Kazımlı Məleykə Natiq-8a “Təbiətin keşiyində” Həsənova Firudin Balakişi oğlu-tarix 1.Vahabzadə Ayla Zaur-8c “Səfəvilər dövləti” 2.Babayeva Jalə Fariz-8c“Ağqoyunlular dövləti” 3.Həsənzadə Nihat Samir-6a “ Suraxanı ziyalıları” 4.Əzizov Nadir Əbülfəz-6a “Suraxanıda neft” Qəhrəmanova Təranə Aslan qızı-tarix 1.Əzizov Azər Əbülfəz-9a “Azərbaycan Xalq Cumhuriyyəti” Əhmədova Tamilla Saleh qızı-biologiya 1.Sadiq Cəfər Zaur-8a“Dərman bitkiləri” 2.Süleymanova Zeynəb Elşən-10a “Kənd təsərrüfatında buğda sortlarının becərilməsi və tədqiqi” Ağayeva Fəridə Balami qızı-biologiya 1.Həmidli Vəsxanım İmran-8b “Ətraf mühiti qoruyaq” Nəcəfova Almas Məmməd qızı-fizika 1.Qimatova Samirə Seymur-9a “Ekologiyanın çirklənməsinin qarşısını necə almaq olar” 2.Sadiq Cəfər Zaur-8a “Su burulğanının alınması” Ələkbərova Ziyafət Qəzənfər qızı-biologiya 1.Əliyeva Nigar Vidadi-8c “Zərərli vərdişlərin orqanizmlərə təsiri və məktəblilərin zərərli vərdişlərə münasibəti” Bu mövzulara dinlənildi. Əliyeva Nigara -8c “Zərərli vərdişlərin orqanizmlərə təsiri və məktəblilərin zərərli vərdişlərə münasibəti” mözusu ilə məktəb şagirdləri qarşısında çıxış etmək tövsiyyə edildi.

Ətraflı

“Kiçik Akademiya”da bölmə rəhbərlərinin, üzvlərinin təyini və elmi mövzuların müəyyənləşdirilməsi04.03.2019-cu ildə S.Abdullayev adına 290 №-li tam orta məktəbdə “Kiçik Akademiya”nın iclası keçirildi. “Kiçik Akademiya”nın prezidenti Asya Qurbanova gündəlikdə duran məsələ ilə bağlı məlumat verdi. O qeyd etdi ki, “Kiçik Akademiya”nın Humanitar elmləri üzrə və Təbiət elmləri üzrə bölmələri yaradılıb. 1.Təbiət elmləri, Humanitar elmlər üzrə kafedralar müəyyənləşdi 2.” Kiçik Akademiya”nın fəaliyyət istiqamətləri və iş planı təsdiq edildi Paşayeva Təmanət Polad qızı-coğrafiya 1.Mirzəzadə Xəzər Sədaqət-VIII a “Təbiətin keşiyində” 2.Nağızadə Rüqəyya Ramin VIII a “Təbiətin keşiyində” 3.Kazımlı Məleykə Natiq-VIII a “Təbiətin keşiyində” 4.Mirzəyeva Nərmin Zaur-X b ”Xəzər dənizinin problemləri və həlli yolları” 5.Mirzəyev Nicat Zaur-X b ”Xəzər dənizinin problemləri və həlli yolları” Həsənova Firudin Balakişi oğlu-tarix 1.Vahabzadə Ayla Zaur-VIII c “Səfəvilər dövləti” 2.Babayeva Jalə Fariz-VIII c“Ağqoyunlular dövləti” 3.Həsənzadə Nihat Samir-VI a “ Suraxanı ziyalıları” 4.Əzizov Nadir Əbülfəz-IX a “Suraxanıda neft” Qəhrəmanova Təranə Aslan qızı-tarix 1.Əzizov Azər Əbülfəz-IX a “Azərbaycan Xalq Cumhuriyyəti” 2.Bağırova Türkan Habil-IX a“Azərbaycan oğulları Böyük Vətən müharibəsində” Əhmədova Tamilla Saleh qızı-biologiya 1.Sadiq Cəfər Zaur-VIII a“Dərman bitkiləri” 2.Süleymanova Zeynəb Elşən-10a “Kənd təsərrüfatında buğda sortlarının becərilməsi və tədqiqi” Hüseynov Loğman Baba oğlu-tarix 1.Əhmədova Aytac Mail-VIII a “Böyük Zirə adası” Nəcəfova Almas Məmməd qızı-fizika 1.Qimatova Samirə Seymur-IX a “Ekologiyanın çirklənməsinin qarşısını necə almaq olar” 2.Sadiq Cəfər Zaur-VIII a “Su burulğanının alınması” Ağayeva Fəridə Balami qızı-biologiya 1.Həmidli Vəsxanım İmran-VIII b “Ətraf mühiti qoruyaq” Ələkbərova Ziyafət Qəzənfər qızı-biologiya 1.Əliyeva Nigar Vidadi-VIII c “Zərərli vərdişlərin orqanizmlərə təsiri və məktəblilərin zərərli vərdişlərə münasibəti” İbrahimova Fəridə Məmməd qızı-biologiya 1.Abdullazadə Əfsanə Anar-IX a “ Uzunömürlülüyün sirləri.Hər kəs 100 il yaşamasa günah onun özündədir”

Ətraflı

Məktəbimizin "Kiçik Akademiyası" təsis edildi13.06.2019-cu il tarixində keçirilən Pedaqoji Şurada məktəbimizin "Kiçik Akademiya"sı təsis edildi. Kiçik Elmi Akademiyamızın prezidenti məktəbimizin informatika müəllimi Asya Qurbanova təyin edildi.

Ətraflı

"Kiçik Akademiya"nın ilk iclası01.03.2019-cu ildə "Kiçik Akademiya"nın növbəti iclası keçirilidi. Qarşıda duran gündəlik məsələlər "Kiçik Akademiya"da şurasının seçilməsi və bölmələrin yaradılması idi. Məktəbin direktoru Rahidə İsmixanova gündəlikdə duran məsələ ilə bağlı məlumat verdi. O qeyd etdi ki, “Kiçik Akademiya”nın tərkibində şagird elmi cəmiyyəti (ŞEC) yaradılmalı və ŞEC “Kiçik Akademiya”nın strukturunda əsas qurum hesab edilməlidir. “Kiçik Akademiya” ya elmi rəhbərliyin təmin olunmasında müəllimlər, bölmə və dərnək rəhbərləri iştirak etməlidi, şagirdlər müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, məruzə, tezis, referat və hesabatlar hazırlamalıdı. Məktəbin müəllimləri Loğman Hüseynov Humanitar elmləri üzrə, Tamella Əhmədova Təbiət elmləri üzrə bölmələrin yaradilmasını təklif etdilər.Onlar istedadlı şagirdlərlə işləmək üçün maraqlı mövzuların seçilməsində və tədqiqat işlərinin aparılmasında müəllimlərin üzərinə düşən vəzifələrdən danışdılar. Çıxışlardan sonra “Kiçik Akademiya”nın idarəetmə orqanı olan Şuranın tərkibi müəyyənləşdirildi. Şuranın tərkibinə“Kiçik Akademiya”-nın prezidenti, onun müavinləri (vitse-prezidentlər), bölmə rəhbərləri, habelə bölmələrə təhkim olunmuş elmi işçilər daxil edildi. “Kiçik Akademiya”nın prezidenti, vitse-prezidenti və bölmə rəhbərləri açıq səsvermə yolu ilə müəyyən edildi 1. “Kiçik Akademiya”da Humanitar elmləri üzrə və Təbiət elmləri üzrə bölmələrin yaradilsın 2. “Kiçik Akademiya”nın prezidenti Asya Qurbanova vitse-prezidenti Təmanət Paşayeva aciq səsvermə yolu ilə seçildi

Ətraflı

"Kiçik Akademiya" haqqında əsasnamə I.Ümumi müddəalar1.1. “Kiçik Akademiya” (bundan sonra KA) yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında təhsil müəssisələrində yaradılan ictimai birlikdir. 1.2. KA-nın fəaliyyəti könüllülük, hüquq bərabərliyi və özünüidarə prinsipləri əsasında qurulur. 1.3. KA öz fəaliyyətində istedadlı uşaq və gənclərlə iş üzrə direktiv orqanların fərman və sərəncamlarını, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur. 1.4. KA-nın fəaliyyəti bölmələr üzrə təşkil olunur. KA-nın tərkibində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi və s. elmi istiqamətlər üzrə bölmələr yaradıla bilər. 1.5. KA hüquqi şəxs statusuna malik deyildir, onun rəhbərinin müvafiq sənədlərdə imzası təşkil edildiyi səviyyədən asılı olaraq bu Əsasnamə ilə müəyyənləşdirilən orqanın möhürü ilə təsdiq edilir. 1.6. KA-nın öz loqotipi və üzərində bu loqotipin əksi olan blankı, habelə bayrağı ola bilər. II. KA-nın məqsəd və vəzifələri 2.1. KA-nın təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı uşaq və gənclərlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir. 2.2. KA-nın əsas vəzifələri aşağıdakılardır: 2.2.1 Elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensialları nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək. 2.2.2 Şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək. 2.2.3 Şagirdlərdə elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmaq. 2.2.4 Tanınmış alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etmək. 2.2.5 Şagirdlərin elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təşkilatlanmasını təmin etmək. 2.2.6 Tədqiqatçılıq bacarığı ilə fəqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq. I II. KA-nın üzvləri Könüllü olaraq ictimai birlikdə işləmək arzusunda olan və elmi-tədqiqat işlərinə meyli olan şagirdlər KA-nın üzvü ola bilərlər. IV. KA-nın üzvlərinin hüquq və vəzifələri 4.1. Elmi konfranslarda, olimpiadalarda və KA-nın digər tədbirlərində iştirak etmək. 4.2. KA-nın üzvlərinin vəzifələri: 4.2.1. Şagirdlər arasında elmi bilikləri təbliğ etmək 4.2.2. Seçdiyi fəaliyyət istiqamətində müstəqil olaraq biliklərini dəqiqləşdirmək. 4.2.3. Ünsiyyət və davranış qaydalarına riayət etmək. V. KA-nın strukturu və fəaliyyət istiqamətləri 5.1. KA məktəb, rayon (şəhər) və respublika səviyyəsində təşkil olunur. 5.2. Məktəb səviyyəsində yaradılan KA-nın (MKA) fəaliyyətinin tənzimlənməsi müəssisənin rəhbərliyi tərəfindən həyata keçirilir. 5.3. MKA-nın tərkibində şagird elmi cəmiyyəti (ŞEC) yaradılır və ŞEC MKA-nın strukturunda əsas qurum hesab edilir. 5.4. MKA-ya elmi rəhbərliyin təmin olunmasında müəllimlər, bölmə və dərnək rəhbərləri iştirak edirlər. 5.5. MKA çərçivəsində şagirdlər müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, məruzə, tezis, referat və hesabatlar hazırlayırlar. Həmin işlər həm fərdi, həm də kollektiv şəkildə yerinə yetirilə bilər. 5.6. MKA çərçivəsində görülmüş işlərə konfrans və seminarlarda yekun vurulur. Bu tədbirlərdə uğurlu nəticələri ilə fərqlənən şagirdlərin rəğbətləndirilməsi üçün müvafiq işlər həyata keçirilir. 5.7. MKA görülmüş işlər barədə rayon (şəhər) KA-sına hesabat verir. 5.8. Rayon (şəhər) səviyyəsində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi üçün KA (R(Ş) KA) ilə bərabər həm də elmi himayəçilik şurası (EHŞ) yaradılır. 5.9. R(Ş) KA-ya ümumi rəhbərlik yerli təhsili idarəetmə orqanı və elmi himayəçilik şurası tərəfindən həyata keçirilir. 5.10. R(Ş) KA-nın tərkibi şagirdlərdən, EHŞ-nin tərkibi isə müəllimlərdən, alim və mütəxəssislərdən ibarət formalaşdırılır. 5.11. R(Ş) KA-nın və EHŞ-nin fəaliyyəti, əsasən, aşağıdakı istiqamətlər üzrə qurulur: 5.11.1. Ümumrayon (ümumşəhər) bölmələrinin, seminar və konfransların, klub və lektoriyaların, yay təlim-istirahət düşərgələrinin təşkili. 5.11.2. Olimpiada, bilik yarışları, müsabiqə və toplantıların, səyyar mühazirə və seminarların keçirilməsi. 5.11.3. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq alim və mütəxəssislərin dəvət olunması. 5.11.4. Respublika və beynəlxalq miqyaslı tədbirlərdə iştirak üçün komandaların formalaşdırılması. 5.11.5. İşgüzar görüşlərin, təcrübə mübadilələrinin təşkili. 5.12. R(Ş) KA öz fəaliyyəti ilə respublika KA-sı (RKA) qarşısında cavabdehlik daşıyır və ona hesabat verir. 5.13. RKA-nın ümumi fəaliyyətinə rəhbərlik və nəzarət AMEA və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. 5.14. RKA-nın funksiyalarında daxildir: 5.14.1. Yaradıcılığa, elmi- tədqiqat fəaliyyətinə meyil və maraq göstərən istedadlı uşaq və gənclərlə aparılan işlərin perspektiv istiqamətlərinin müəyyənləşdirilməsində yaxından iştirak etmək. 5.14.2. R(Ş) KA-ların fəaliyyətini tənzimləmək və nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsində onlara elmi-metodik köməklik göstərmək. 5.14.3 Respublika səviyyəsində olimpiadalar, müsabiqə və yarışlar, elmi-təcrübi kofrans və seminarlar, “Dəyirmi masa”lar, görüşlər təşkil etmək. 5.14.4. Körkəmli alim və mütəxəssisləri istedadlı uşaq və gənclərlə işə cəlb etmək, xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdlərin elmi himayəyə götürülməsinə nail olmaq. 5.14.5. İstedadlı uşaq və gənclərin beynəlxalq olimpiadalara və müsabiqələrə hazırlığını təmin etmək məqsədilə təşkilati tədbirlər həyata keçirmək. 5.14.6. İstedadlı uşaq və gənclərin seçilmiş elmi-tədqiqat işlərindən ibarət toplu və bukletlərin çapı ilə bağlı müvafiq tədbirlər görmək. VI. KA-nın təsis olunması 6.1. KA müvafiq surətdə məktəb, rayon (şəhər) və respublika səviyyəsində aidiyyəti üzrə keçirilən konfranslarda təsis olunur. 6.2. Məktəb konfransında öz arzularına görə elmi-tədqiqat fəaliyyətinə meyil və maraq göstərən IX-XI sinif şagirdləri, müəllimlər, məktəb rəhbərliyi, rayon (şəhər) konfransında məktəb, respublika konfransında isə rayon (şəhər) konfransında açıq səsvermə yolu ilə seçilən aidiyyəti nümayəndələr, habelə alim və mütəxəssislər iştirak edirlər. 6.3. Təsis konfransında KA-nın yaradılması elan olunur və onun tərkibi açıq səsvermə yolu ilə müəyyənləşdirilir. 6.4. KA təşkil edildiyi səviyyədən asılı olaraq məktəb pedaqoji şurasının, rayon təhsil şöbəsinin təhsil şurasının, Təhsil Nazirliyinin müvafiq qərarı ilə ləğv edilir. VII. KA-nın idarəetmə orqanları 7.1. KA-nın ali orqanı onun ilk iclasında seçilən Şura hesab olunur. 7.2. Şuranın tərkibinə KA-nın prezidenti, onun müavinləri (vitse-prezidentlər), bölmə rəhbərləri, habelə bölmələrə təhkim olunmuş elmi işçilər daxil edilir. 7.3. KA-nın Şurası: 7.3.1. KA-nın Prezidentini, onun müavinlərini (vitse-prezidentləri), bölmə rəhbərlərini seçir. 7.3.2. KA-nın əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirir, iş planlarını təsdiq edir. 7.3.3. Görülən işlər barədə bölmə rəhbərlərinin və KA-nın digər üzvlərinin hesabatını dinləyir. 7.3.4. Zəruri hallarda yeni bölmələrin yaradılması, habelə mövcud olanların ləğvi barədə məsələləri həll edir. 7.3.5. KA-ya üzvlük və üzvlükdən kənarlaşdırılma məsələlərinə baxır. 7.3.6. Şura iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir. Qərarlar sadə səs çoxluğu əsasında qəbul olunur.

Ətraflı

"Kiçik Akademiya"nın təsis edilməsi25.02.2019-cu ildə S.Abdullayev adına 290 №-li tam orta məktəbdə “Kiçik Akademiya”nın təsis konfransı keçirildi. Məktəbin direktoru R.A.İsmixanova konfransı açıq elan edərək gündəlikdə duran məsələ ilə bağlı məlumat verdi. O bildirdi ki, Azərbaycan Respublikası təhsil nazirinin ”Umumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrinin icrası ilə əlaqədar məktəbdə “Kiçik Akademiya”nın təsis olunması nəzədə tutulmuşdur. “Kiçik Akademiya”nın təsis olunmasında məqsəd məktəbdə təhsil alan istedadlı uşaq və gənclərlərin aşkara çıxarılması, onlarla aparılacaq işləri tənzimləmək, onlarda elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, onlarda elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmaq, şagirdlərin elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təşkilatlanmasını təmin etmək, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaqdır. Rahidə İsmixanova öz çıxışında qeyd etdi ki, könüllü olaraq ictimai birlikdə işləmək arzusunda olan və elmi tədqiqat işlərinə meyli olan şagirdlər “Kiçik Akademiya”nın üzvü ola bilər. Məktəbin tarix müəllimi Firudin Həsənov “Kiçik Akademiya”nın yaradılmasının böyük əhəmiyyətindən danışdı.O, çıxışında bildirdi ki, “Kiçik Akademiya” elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaqda , mövcud yaradıcı potensialları nəzərə alınmaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirməkdə mühüm rol oynayacaq. Coğrafiya müəllimi Təmanət Paşayeva “Kiçik Akademiya”nın məqsəd və vəzifələrindən danışaraq, şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək üçün tanınmış alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etməyin vacibliyin vurğuladı. Şagirdlərin elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təşkilatlanmasını təmin etmək, tədqiqatçılıq bacarığı ilə fəqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq üçün məktəbimizdə olan bütün vasitələrdən istifadə haqqında informatika müəllimi Asya Qurbanova çıxış etdi.

Ətraflı
HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Aynurə İsrafilzadə Rüfət

Günel Abdıyeva Yaşar

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Aynurə İsrafilzadə Rüfət

Günel Abdıyeva Yaşar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi