Şagirdlərin hüquqları və vəzifələri

“ İnsan hüquqları aylığı” çərçivəsində bu gün də siniflərdə maarifləndirici söhbətlər aparıldı, dərslər “Şagirdlərin hüquqları və vəzifələri “ mövzusuna həsr olundu. Şagirdlərə insan hüquqlarının tarixi inkişafı, əsas prinsipləri, uşaq hüquqları və bu hüquqların gündəlik həyatdakı əhəmiyyəti barədə geniş məlumat verildi.Bu cür tədbirlərin keçirilməsində əsas məqsəd insan hüquqlarını şagirdlər arasında təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarətdir.