Azərbaycanın tanınmış kimyaçıları

             Kimya müəllimləri Humay Mirzəyeva və Türkan Əliyevanın təşkilatçılığı ilə bugünkü kimya dərsi təqdimatlar əsasında keçdi. VII sinif şagirdlərinin iştirakı ilə təşkil olunan dərs “ Azərbaycanın tanınmış kimyaçıları “ mövzusuna həsr olunmuşdu. Şagirdlər kimya elminin inkişafına töhfə verən və bəşər tarixində silinməz izlər qoyan görkəmli kimyaçıların- Şıxbaba Əliyev, Yusif Məmmədəliyev və İzzət Orucovanın xidmətləri barədə məlumat verdilər, hazırladıqları qəzetləri təqdim etdilər, laborator təcrübələr nümayiş etdirdilər. Dərsdə iştirak edən məktəbin direktor əvəzi Kunzala Həmidova şagirdlərin çıxışlarına münasibət bildirdi və onları diplomlarla təltif etdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi