Yaşa, var ol, Azərbaycan

28 May - Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir. 1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət qurluşu kimi yaranmış Azərbaycan Xalq Cumhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla milli dövlətçilk salnaməsini zənginləşdirdi. Bu münasibətlə məktəbdə müəllim Aygün Qafarovanın rəhbərliyi ilə “ Yaşa, var ol, Azərbaycan “ adlı tədbir keçirildi. Bayram tədbiri şagirdlərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, dövlətçilik ənənələrinin tanıdılması və tariximizə hörmətin aşılanması məqsədi daşıyırdı. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, sonra Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra məktəbin direktoru Kunzala Həmidova tədbiri giriş sözü ilə açaraq xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamlarına əsasən bu tarixi günün hər il xalqımız tərəfindən təntənə ilə bayram edildiyini vurğuladı. Tarix müəllimi Firidun Həsənov Cumhuriyyət qurucularının bizə miras qoyduğu dövlətçilik ənənlərinin yenidən bərpa olunduğunu, xalqımızın müstəqilliyə qovuşduğunu, Ulu öndərin müəllifi olduğu azərbaycançılıq ideyalarının daim yaşayacağını diqqətə çatdırdı.
Tədbirin rəsmi hissəsi bitdikdən şagirdlərin çıxışları, rəngarəng rəqsləri , hazırladıqları kompozisiyalar , musiqi nömrələri maraqla qarşılandı.