Mən öz gələcəyimi seçirəm

“ Sağlam nəsil- parlaq gələcək “ layihəsinin keçirilməsi ilə bağlı Tədbirlər Planına əsasən məktəbin həkimi Məlahət Abbasova IX-X sinif şagirdləri ilə maarifləndirici görüş keçirdi. “ Mən öz gələcəyimi seçirəm “ mövzusunda keçirilən tədbir şagirdlərə zərərli vərdişlərin ( siqaret çəkmək, alkoqol və narkotik istifadəsi, qidalanma vərdişləri və s) sağlamlıq üzərindəki təsirini izah etmək, bu vərdişlərin qarşısını almağın yollarını müzakirə etmək məqsədi daşıyırdı. Həkim həmçinin , qeyri-sağlam qidalanma və fiziki aktivliyin azlığı kimi məsələlərə də toxundu.