Dünəndən bu günə

Milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi , təhsilalanların bu dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi, türk xalqlarının qədim tarixinin hərtərəfli öyrənilməsi,şagirdlərdə yaradıcı düşüncə meyllərinin gücləndirilməsi məqsədilə siniflərdə esse yazılar yazdırıldı. Ədəbiyyat müəllimlərin nəzarəti ilə yazılan esselər “ Dünəndən bu günə “ adlı mövzunu əhatə edirdi. Şagirdlər türk mədəniyyətləri və qədim adət-ənənələri üzrə araşdırma apararaq esseyə hazırlaşmışdılar.