Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir

             Bu gün V “B” sinfində tarix dərsi daha fərqli keçdi. Tarix müəllimi Firidun Həsənov “ Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyev  Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda dəyirmi masa təşkil etdi. Müəllimin  məqsədi  şagirdlərə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunmasında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini, hüquqi dövlət quruculuğundakı rolunu və bu sənədin ölkənin inkişafında oynadığı əhəmiyyətli rolu izah etmək idi.Əvvəlcə Firidun müəllim şagirdlərə Heydər Əliyevin Azərbaycanın müstəqillik tarixindəki əvəzsiz xidmətlərindən danışdı, daha sonra şagirdlər hazırladıqları qəzetləri nümayiş etdirdilər və təqdimatlarla çıxış etdilər 
             Belə tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniyanın və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq,  onları neqativ əməllərdən çəkindirmək, məktəblilərin təhsilə, elmə, idmana olan həvəslərini artırmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi