Reproduktiv sağlamlıq

Təhsil Nazirliyinin Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi ilə həyata keçirdiyi “ Reproduktiv Sağlamlığın tədrisi “ layihəsi çərçivəsində psixoloq, təlimçi Leyla Hacıyeva VI sinif şagirdləri ilə söhbət apardı. Söhbətin aparılmasında məqsəd şagirdlər arasında yeniyetməlik dövründə olan gənc nəslin sağlam tərbiyəsi istiqamətində maarifləndirmə işinin aparılması idi. Leyla xanım yetkinlik dövründə baş verən dəyişikliklər, gigiyena qaydaları və sağlam həyat tərzinin əhəmiyyəti barədə danışdı.