Xalqın xilaskarı

             Bu gün məktəbin ədəbiyyat müəllimi Aybəniz Abdullayeva və musiqi müəllimi Abas Qasımovun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci  ildönümünə həsr olunmuş “ Xalqın xilaskarı “ adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Şagirdlərin ifasında  ulu öndərə həsr edilən şeirlər Heydər Əliyev dühasını bədii dillə tədbir iştirakçılarının nəzərinə çatdırıldı, mahnılar ifa edildi, ümummilli lidein müdrik kəlamlarından sitatlar səsləndirildi.Tədbirdə, həmçinin dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş etdirildi.Tədbirin sonunda məktəbin təli-tərbiyə işləri üzrə direktor müavini Axirə Məmmədova çıxış edərək dövlətimizin banisi, Azərbaycan xalqının xilaskarı ulu öndər Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs etdi, onun zəngin irsinin bütün nəsillər üçün örnək olduğunu diqqətə çatdırdı. Axirə xanım şagirdləri azərbaycanlı olmağı ilə həmişə fəxr edən Heydər Əliyev irsini daha dərindən öyrənməyə və bu irsdən bəhrələnməyə çağırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi