Məntiq savaşı

             Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və “ Sağlam nəsil- parlaq gələcək “ layihəsinin Tədbirlər Planlarına uyğun olaraq bu gün fiziki tərbiyə müəllimi Kənan Həsənlinin təşkilatçılığı ilə V- VIII sinif şagirdləri arasında şahmat yarışı təşkil olundu. Bu cür yarışların və turnirlərin keçirilməsi təhsilalanlara sağlam və fəal həyat tərzinin təbliğ edilməsi, gənclərin zərərli vərdişlərlə bağlı maarifləndirilməsi, idmanın şagirdlər arasında kütləviləşdirilməsi məqsədi daşıyır.Gərgin  keçən mübarizə maraqlı anlarla yadda qaldı. Yarışın sonunda V ”B” sinif şagirdi Əli Cavadov və VIII “A” sinif şagirdi Hacıbaba Ağayev yarışın qalibləri oldular . Şagirdlərimizi təbrik edir, onlara gələcək yarışlarda uğurlar diləyirik !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi