Əyləncəli kimya gecəsi keçirildi

28.02.2017 tarixində məktəbin kimya müəllimləri Sayılova Fatimə və Mirzəyeva Humayın təşkilatçılığı ilə “Əyləncəli kimya “gecəsi keçirildi. Şagirdlərin kimya fənninə olan maraqlarının artırılması məqsədilə keçirilən bu tədbirdə VII,VIII, IX və XI sinif şagirdləri iştirak edirdi. Aparıcılar kimyanın həyatımızda əhəmiyyətindən, Azərbaycanın və dünyanın dahi kimyaçı alimlərindən söz açdılar, onların xidmətlərini qonaqlara çatdırdılar. Daha sonra kimyəvi vulkanın alınması, metalların yanacaq kimi yanması, hidrogenin alınması və yanması kimi əyləncəli və maraqlı təcrübələr nümayiş etdirdilər. VIII sinif şagirdləri arasında "Breyn rinq" yarışması, IX siniflər üzrə ən yaxşı kimya bülleteni müsabiqəsi keçirildi və qaliblər mükafatlandırıldı. Tədbirin sonunda Sayılova Fatimə müəllimə şagirdlərə təşəkkür edərək onlara uğurlar arzuladı. Məktəbin direktoru İsmixanova Rahidə xanım şagirdlərin çıxışlarından zövq aldığını bildirdi və bu cür tədbirlərin tez-tez keçirilməsini tövsiyə etdi.