Murad Məmmədli

Ağlı, məntiqi, riyazi qabiliyyəti , fitri istedadı ilə yaşıdları arasında seçilən IV C sinif şagirdi Məmmədli Murad Vüqar oğlu Fermat Riyaziyyat Olimpiadasının Milli Turunda ( FMO 2022) gümüş mükafata, Amerika Riyaziyyat Olimpiadasında qızıl mükafata layiq görülmüşdür. Kanada JEY Riyaziyyat müsabiqəsində II yerin, Beyin Olimpiadalar Mərkəzi tərəfindən keçirilən Məntiq Olimpiadasında I yerin sahibi olmuşdur.Bundan başqa, Murad 18.12.2022- ci ildə Riyaziyyat fənni üzrə keçirilən IV Kopernik Olimpiadasının Yerli Eliminasiya Turunda qızıl medal qazanaraq ən yüksək nəticəni əldə etmişdir. Bu cür şagirdlər həm məktəbin , həm də ailənin fəxridir. Murada gələcək müsabiqələrdə uğurlar diləyirik !