Mənim dilim , mənim varlığım

             Dil cəmiyyətin ən dəyərli mənəvi sərvətidir. Hər bir xalqın inkişafı, həyatı, mübarizəsi onun dili ilə sıx bağlıdır. Belə ki , hər bir xalq öz tarixini, milli- mənəvi dəyərlərini, adət- ənənəsini gələcək nəsillərə məhz dil vasitəsilə çatdırır. Bu gün 21 Fevral -  Beynəlxalq Ana Dili Günüdür. Bu münasibətlə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Samirə Cəfərovanın rəhbərliyi  V- VII sinif şagirdlərinin iştirakı ilə “Mənim dilim , mənim varlığım ” adlı tədbir keçirildi. Tədbirdə şagird təqdimatları və məruzələr, mahnılar və şeirlər səsləndirildi. Şagirdlərin ifasında səsləndirilən folklor nümunələri- laylalar, bayatılar, atalar sözləri dilimizin şirinliyinin bariz nümunələridir. B.Vahabzadənin ifasında “ Ana dili “ şeiri tədbirə xüsusi rəng qatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi