Nüsrət Kəsəmənli - 75

             Azərbaycan ədəbiyyatının və oxucusunun yadında yaradıcılığı, şəxsiyyəti, həyatı və həyat tərzi ilə bənzərsiz izlər salmış Nüsrət Kəsəmənlinin ömür yolu bu gün bir daha yad edildi.Məktəb kitabxanasında VIII “ç” sinif şagirdlərinin iştirakı ilə Nüsrət Kəsəmənlinin  75 illiyinə həsr olunmuş “ Qəlblərdə yaşayan şair ” adlı  dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə kitabxanaçı Yaqut  Baxşəliyeva açdı. O, Nüsrət Kəsəmənlinin insan həqiqətlərini ədəbiyyata, poeziyaya necə varsa o cür gətirdiyindən söz açdı.

             Tədbirdə iştirak edən tərbiyə işləri üzrə direktor müavini Gülər  Hacıyeva isə çıxışında Nüsrətin şeirlərinin ən maraqlı və özünəməxsus cəhəti barədə danışaraq qeyd etdi ki, bu şeirlərdə geriyə - "uşaq yaddaşını qanadan" nağıla qayıtmaq, nağılı yenidən yaşamaq arzusu yoxdur. Nüsrət daha çox içində olduğu zamanın, dayanmadan axıb keçən ömrün nağılını yaratmağa və "canlı" nağılda yaşamağa üstünlük verirdi. Şagirdlər  isə sairin "Yaddan çıxmaz Qarabağ"adlı epik- dramatik poemasından əzbərlədikləri sətirləri dilə gətirdilər. İbrahimxəlil xanın qızı Ağabəyim ağanın faciəli taleyindən, poemada da faciəviliyi şərtləndirən başlıca amillərdən biri olan  fərdi və ictimai yaddaş arasındakı ziddiyyətdən danışdılar.Sonda   Yaqut xanım şagirdlərə N.Kəsəmənli yaradıcılığı ilə daha yaxından tanış olmağı, insanı, insanlığı,Vətəni sevməyi tövsiyyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi