Uğurlu nəticələr əldə etmiş məktəb və fənn müəllimlərinin qabaqcıl təcrübəsinin təbliği istiqamətində “Açıq dərs” layihəsi keçirildi

24-25 may tarixində təhsildə uğurlu nəticələr əldə etmiş qabaqcıl,yüksək nailiyyətlər qazanmış müəllimlərin təcrübəsini digər həmkarları ilə bölüşməsi məqsədi ilə məktəbimizdə “Açıq dərs“ layihəsi həyata keçirildi. Məktəbimizə Bakı şəhəri üzrə Təhsil İdarəsindən və Suraxanı rayonu məktəblərindən qonaqlar dəvət olunmuşdu.Açıq dərslərimiz v-vııı sinifləri əhatə etməklə ,24 may tarixində riyaziyyat,informatika,fizika, 25 mayda isə kimya,biologiya fənləri üzrə 8 sinifdə keçirildi.Dərslərdə rayonun digər məktəblərindən 96 müəllim iştirak etdi. Açıq dərslər bitdikdən sonar bu dərslərin müzakirəsi keçirildi.Müzakirə zamanı müəllimlər arasında səmərəli fikir mübadiləsi aparıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi