"Dilimiz varlığımızdır" adlı dəyirmi masa

21 Fevral Beynəlxalq Ana Dili Günü münasibəti ilə Samirə Cəfərovanın rəhbərliyi ilə 5”B” sinifində “Dilimiz varlığımızdır” adlı dəyirmi masa keçirildi. Hər bir xalqın inkişafı, həyatı mübarizəsi onun dili ilə sıx bağlıdır. Belə ki, hər bir xalq öz tarixini, milli-mənəvi dəyərlərini, adət-ənənəsini gələcək nəsillərə məhz öz doğma ana dili vasitəsi ilə çatdırır. Bu dəyirmi masanın keçirilməsinin də əsas məqsədi şagirdlərin Ana dili Günü haqqında, bu günün mənası, amalı haqqında geniş məlumat çatdırılmasıdır.
Dəyirmi masa ətrafında çıxış edən şagirdlər ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, mükəmməl təhsil almasında, dünya görüşünün genişlənməsində mühüm rol oynadığını qeyd etdilər. Məhz buna görə də, ana dilimizi qorumalı ,sevməli, daim ucaltmalıyıq. Tədbirdə ana dilinin zənginliyini ifadə edən şeirlər, bayatılar, laylalar səsləndirildi, kəlam və atalar sözlərindən nümunələr gətirildi.