İbtidai sinif müəllimləri ilə iclas

Məktəbdə tədris prosesinin daha səmərəli təşkili, ibtidai təhsilin keyfiyyətinin yüksəldilməsi və qarşıda duran vəzifələrin müəyyən olunması məqsədilə ibtidai sinif müəllimləri ilə iclas keçirilib.

İclas məktəbin direktor müavini Sevil Rəfiyevanın rəhbərliyi ilə təşkil olunub. Görüş zamanı tədris ilinin gedişi, şagirdlərin ümumi inkişaf səviyyəsi, metodiki yanaşmalar və qiymətləndirmə meyarları ətrafında ətraflı müzakirələr aparılıb. Eyni zamanda müəllimlər tərəfindən qarşıya çıxan çətinliklər və onların həlli yolları barədə fikir mübadiləsi aparılıb.

İclasın sonunda Sevil xanım müəllimlərə gələcək fəaliyyətləri ilə bağlı tövsiyələr verib, əməkdaşlıq və peşəkar yanaşmanın vacibliyini vurğulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi