Maraqlı bir mütaliə saatı

Məktəbdə "Mütaliə ayı" davam edir. Bu çərçivədə 1Ç sinfində valideynlərin iştirakı ilə şagirdlər üçün maraqlı bir mütaliə saatı təşkil olunub. Görüş zamanı uşaqlara müxtəlif nağıllar və kiçik hekayələr oxunub. Məqsəd – balacalarımızda kitab oxumağa maraq yaratmaq, həmçinin onların dinləmə və anlama bacarıqlarını inkişaf etdirməkdir.
Valideynlərin də dəstək göstərməsi, bu təşəbbüsə qatılması layihənin daha da təsirli olmasına səbəb olub. Şagirdlər maraqla dinləyiblər, suallar veriblər və oxunan mətnlər üzərində müzakirələr aparıblar.