Metodbirləşmə rəhbərləri ilə treninq

Məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini və metodiki işin rəhbəri Rəhimə Hüseynova tərəfindən fənn metodbirləşmə rəhbərləri ilə maarifləndirici və praktik əhəmiyyət daşıyan treninq keçirilib. Treninq “Dərs prosesinin sinifdə idarə edilməsi” və “Şagirdlərin diqqətini necə təmin etmək olar?” mövzularını əhatə edib.

Görüş zamanı dərs zamanı yaranan çətinliklər, şagirdlərin diqqətinin yayılması, sinifdaxili nizam-intizam məsələləri və bu halların qarşısının alınması yolları geniş müzakirə olunub. Rəhimə xanım müasir pedaqoji yanaşmalara, motivasiya üsullarına və müəllim-şagird münasibətlərinə toxunaraq, real dərs nümunələri üzərindən praktik məsləhətlər verib, müəllimlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bu cür treninqlər pedaqoji kollektivin peşəkar inkişafına təkan verməklə yanaşı, tədris prosesinin keyfiyyətinə də müsbət təsir göstərir. Gələcəkdə də bu istiqamətdə silsilə tədbirlərin həyata keçirilməsini planlaşdırır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi