Təklif və şikayət qutuları açılıb

Məktəbdə yerləşdirilmiş təklif və şikayət qutuları açılaraq daxil olan fikirlər diqqətlə nəzərdən keçirilib.
Müzakirələr məktəbin direktor müavini Rəhimə Hüseynova və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Fidan Qədimli tərəfindən aparılıb.
Bu təşəbbüs şagird, müəllim və valideynlərin fikirlərinə dəyər verildiyini, eləcə də məktəbin daim inkişaf və mükəmməllik yolunda olduğunu bir daha sübut edir. Rəy və təkliflərə əsasən bir sıra müsbət dəyişikliklərin aparılması planlaşdırılır.