Vətənpərvərlik mövzusunda mütaliə saatı

Мəktəbdə “Mütaliə ayı” çərçivəsində tərbiyəvi əhəmiyyət daşıyan tədbirlərdən daha biri baş tutub. Məktəbin musiqi müəllimi, eyni zamanda bədii yaradıcılıqla da məşğul olan Mehriban Musayeva 3B sinfində müəllifi olduğu vətənpərvərlik mövzusunda bir hekayəni şagirdlərə təqdim edib.
Uşaqlar böyük maraq və diqqətlə hekayəni dinləyib, Vətən sevgisi və qəhrəmanlıq ruhunu əks etdirən bu əsər onlarda dərin təəssürat yaradıb. Sonra şagirdlər arasında müzakirə aparılıb, onlara hekayə ilə bağlı suallar verilib. Müzakirələr zamanı fəallığı və hekayəni dərindən qavrama bacarığı ilə fərqlənən şagirdlər Mehriban müəllim tərəfindən kitabla mükafatlandırılıb.
Məqsəd – şagirdlərdə kitab oxumağa maraq yaratmaq, həmçinin onların dinləmə və anlama bacarıqlarını inkişaf etdirməkdir.