Sinif rəhbərləri ilə növbəti iclas

Məktəbdə sinif rəhbərləri ilə növbəti iclas keçirilib. İclas direktor müavini Zahidə Əhmədovanın təqdimatında baş tutub. Görüşdə məktəbin direktoru Anar Mustafazadə də iştirak edib və vacib məqamlarla bağlı öz fikirlərini bölüşüb.
İclasın əsas müzakirə mövzusu sinif jurnallarının yoxlanılması və nəticələrin təhlili olub. Zahidə Əhmədova sinif rəhbərlərinin jurnal yazılışında qarşılaşdıqları çətinliklər, yol verilən ümumi nöqsanlar və onların aradan qaldırılması yolları barədə ətraflı məlumat verib. Eyni zamanda, jurnalın düzgün və sistemli şəkildə aparılmasının pedaqoji prosesə, xüsusilə də təlim-tərbiyə fəaliyyətinə birbaşa təsir göstərdiyi vurğulanıb.
Sonda qarşılıqlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib və gələcəkdə bu istiqamətdə işlərin daha da təkmilləşdirilməsi üçün müvafiq tapşırıqlar verilib.