Təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müzakirə

Мəktəbdə rus bölməsi üzrə müəllimlərlə  iclas keçirilib. Məktəbin direktor müavini Rəhimə Hüseynovanın təqdimatında baş tutan iclasda məktəb direktoru Anar Mustafazadə də iştirak edib.

Görüş zamanı tədris prosesinin səmərəliliyinin artırılması məqsədilə bir sıra mühüm məsələlər müzakirə olunub. İclasda dərs jurnallarının düzgün və vaxtında yazılması, qiymətləndirmə prosesi çərçivəsində KSQ-lərin (Kiçik Summativ Qiymətləndirmə) hazırlanması, monitorinqlərin təşkili və ümumilikdə tədris keyfiyyətinin yüksəldilməsi istiqamətində görüləcək işlər haqqında ətraflı danışılıb.

Müəllimlər tərəfindən irəli sürülən suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb və qarşıda duran vəzifələrlə bağlı konkret tövsiyələr verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi