Valideynlərlə faydalı görüş

Məktəb rəhbərliyi ilə valideynlər arasında səmərəli dialoq və əməkdaşlığın qurulması istiqamətində növbəti addım atılıb.
Məktəbin akt zalında məktəb direktoru Anar Mustafazadənin rəhbərliyi ilə IV siniflərin valideynləri ilə görüş təşkil olunub. Görüşdə məktəbin direktor müavinləri Rəhimə Hüseynova və Sevil Rəfiyeva da iştirak ediblər.
Tədbirin əsas məqsədi təhsil prosesində valideynlərin fəal iştirakını təmin etmək, şagirdlərin akademik göstəriciləri və davranışları ilə bağlı ümumi müzakirə aparmaq, eyni zamanda gələcək planlar barədə məlumat vermək olub.
Anar müəllim çıxışı zamanı məktəbdə yaradılan şərait, əldə olunan uğurlar və qarşıda duran məqsədlər barədə geniş məlumat verib. Valideynlərin fikirləri, təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.