Yüksək nəticə toplayan şagirdlərlə görüş

Məktəbin akt zalında direktor Anar Mustafazadənin rəhbərliyi ilə buraxılış imtahanında 200-dən yuxarı bal toplayan şagirdlərlə görüş keçirilib.
Görüşdə məktəbin direktor müavinləri Zahidə Əhmədova, Rəhimə Hüseynova, Sevil Rəfiyeva, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Fidan Qədimli, UBTR-i Aybəniz Əliyeva, müəllimlər və şagirdlər iştirak ediblər.
Bu görüş, şagirdlərimizin zəhmətini dəyərləndirmək, onları motivasiya etmək və qarşıdakı mərhələlərə daha da uğurla hazırlaşmalarına dəstək olmaq məqsədi daşıyıb.