Monitorinqinin nəticələrinin müzakirəsi

Məktəbdə tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə mühüm tədbir həyata keçirilib.
Direktor müavini Sevil Rəfiyevanın rəhbərliyi ilə 2-ci siniflər üzrə Azərbaycan dili fənnindən oxuyub-anlama və imla üzrə keçirilmiş monitorinqin nəticələrinin təhlili və müzakirəsi aparılıb. Görüşdə ibtidai sinif müəllimləri iştirak edərək monitorinq nəticələrini diqqətlə dəyərləndiriblər.
Müzakirələr zamanı şagirdlərin əldə etdiyi nəticələr ətraflı təhlil olunub, qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, gələcəkdə tədris prosesində tətbiq edilə biləcək metodiki yanaşmalar da nəzərdən keçirilib.