Məktəbəhazırlıq qruplarının valideynləri ilə görüş

Məktəbin akt zalında məktəbin direktoru Anar Mustafazadənin, direktor müavinləri Rəhimə Hüseynova və Sevil Rəfiyevanın iştirakı ilə məktəbəhazırlıq qruplarının valideynləri ilə görüş keçirilib.
Görüş zamanı valideynlərə 2025–2026-cı tədris ili üzrə I sinfə şagird qəbulu prosesi, sənədlərin təqdim olunması qaydası və elektron qeydiyyat mərhələləri haqqında ətraflı məlumat verilib.
Valideynləri maraqlandıran suallar cavablandırılıb, eləcə də uşaqların məktəbə adaptasiyası, psixoloji hazırlığı və məktəbəhazırlıq proqramının əhəmiyyəti barədə müzakirələr aparılıb.