İmtahana psixoloji hazırlıq

08.04.2025 və 11.04.2025-ci il tarixləri ərzində E.Cəlilov adına 272 nömrəli tam orta məktəbin psixoloqu Ayan Hüseynli tərəfindən buraxılış imtahanlarına hazırlaşan 9-cu sinif şagirdləri ilə silsilə maarifləndirici tədbirlər həyata keçirilib.
Tədbirlər çərçivəsində şagirdlərlə “İmtahan stressinin ölçülməsi” adlı psixoloji test keçirilib. Testin əsas məqsədi şagirdlərin imtahana psixoloji hazırlıq səviyyəsini müəyyənləşdirmək və onların bu mərhələdə yaşaya biləcəyi həyəcan və stress faktorlarını analiz etmək olub.
Daha sonra “Abituriyentlərin imtahana psixoloji hazırlığı: həyəcan və stressin idarə olunması” mövzusunda təqdimat slaydı nümayiş olunub. Psixoloq Ayan Hüseynli tərəfindən şagirdlərə imtahan prosesində özünü idarəetmə, düzgün nəfəs alma texnikaları, motivasiya və pozitiv düşüncə ilə bağlı faydalı tövsiyələr verilib.
Görüş zamanı şagirdlərin fikirləri dinlənilib, onların sualları cavablandırılıb və açıq diskussiya şəklində fikir mübadiləsi aparılıb.