Tarix dərsində qədim Albaniyaya səyahət

Məktəbin tarix müəllimi Aysel Əhmədovanın təqdimatında 6Ç sinfində “Albaniya dövlətinin qədim dövlətçilik ənənələri” mövzusunda maraqlı dərs keçirilib.

Dərs zamanı şagirdlər qədim Albaniya dövlətinin yaranması, ərazisi və dövlət quruluşu ilə bağlı məlumatlar əldə ediblər. Şagirdlərin təqdimatları dərsə rəng qatıb, onların mövzuya olan marağını və araşdırma qabiliyyətlərini nümayiş etdirib.

Dərsdə məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Fidan Qədimli və UBTR-i Aybəniz Əliyeva da iştirak ediblər.

Belə dərslər həm tariximizi sevdirir, həm də şagirdlərdə tədqiqat bacarıqlarını inkişaf etdirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi