2-ci siniflərdə riyaziyyat monitorinqi

Məktəbdə tədris prosesinin səmərəliliyini artırmaq məqsədilə direktor müavini Sevil Rəfiyevanın rəhbərliyi ilə 2-ci sinif şagirdləri arasında riyaziyyat fənnindən monitorinq keçirilib.
Monitorinqin əsas məqsədi şagirdlərin fənn üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi, mövcud nailiyyətlərin təhlili və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi olub.
Belə qiymətləndirmələr tədrisin keyfiyyətinin yüksəldilməsinə, eləcə də şagirdlərin fərdi inkişafına dəstək göstərmək baxımından olduqca əhəmiyyətlidir.