Bullinqlə mübarizə mövzusunda növbəti maarifləndirici təlim

Məktəbin akt zalında 7-ci sinif şagirdləri üçün bullinq və onun fəsadları mövzusunda növbəti maarifləndirici təlim təşkil olunub. Tədbir məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Fidan Qədimlinin rəhbərliyi ilə baş tutub.
Fidan xanım şagirdlərə bullinqin mahiyyəti, onun emosional və psixoloji təsirləri haqqında geniş məlumat verib. Həmçinin şagirdlərə özlərini bu kimi hallardan necə qorumalı olduqları, valideyn və müəllimlərə zamanında müraciət etməyin əhəmiyyəti, empatiya və anlayışın gücü barədə mühüm tövsiyələr verilib.
Təlimin davamında 8-ci sinif şagirdləri Nəzərli Rizvan və Mələk Bağırova tərəfindən bullinqlə bağlı maraqlı və informativ təqdimat təqdim olunub. Onlar real həyat nümunələri, vizual materiallar və statistikalara əsaslanaraq mövzunu həmyaşıdlarının diqqətinə çatdırıblar. Təqdimat həm maarifləndirici, həm də düşündürücü xarakter daşıyıb.
Təlim sonda şagirdlərin suallarının cavablandırılması ilə interaktiv şəkildə davam edib. Şagirdlər onları narahat edən mövzular barədə fikir mübadiləsi aparıb, öz təcrübələrini bölüşüblər.
Zorakılığa yox deyək, dostluğa və anlayışa yer açaq!