"Mütaliə ayı" münasibətilə kitab sərgisi

Məktəbdə “Mütaliə ayı” çərçivəsində şagirdlərin kitaba olan marağını artırmaq, onların bədii zövqünü və dünyagörüşünü inkişaf etdirmək məqsədilə kitab sərgisi təşkil olunub.

Sərgidə şagirdlər müxtəlif janrlarda olan bədii ədəbiyyat nümunələri, maarifləndirici və klassik əsərlərlə tanış olmaq imkanı qazanıblar. Tədbir zamanı şagirdlər oxuduqları kitablar haqqında fikirlərini bölüşüb, sevdikləri qəhrəmanlar və hekayələr haqqında maraqlı təqdimatlar ediblər.

Bu cür tədbirlər şagirdlərin mütaliəyə olan marağını gücləndirməklə yanaşı, onların nitq bacarıqlarının, yaradıcı təfəkkürlərinin və ifadə imkanlarının inkişafına da böyük töhfə verir.

Unutmayaq: Oxuyan uşaq düşünən, düşünən uşaq isə yaradan insana çevrilir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi