1-ci siniflər üzrə monitorinq nəticələrinin müzakirəsi

Məktəbdə ibtidai təhsilin keyfiyyətinin artırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində 1-ci siniflərdə keçirilən imla yazısı və riyaziyyat fənnindən məsələ həlli üzrə monitorinqin nəticələri müzakirə olunub.

Tədbir məktəbin direktor müavini Sevil Rəfiyevanın rəhbərliyi ilə keçirilib. Müzakirədə 1-ci siniflərə dərs deyən müəllimlər də iştirak ediblər. Görüş zamanı monitorinqin nəticələri təhlil olunub, şagirdlərin yazı bacarıqları və məntiqi düşünmə səviyyəsi barədə ətraflı danışılıb. Müəllimlərin təqdim etdikləri fikir və təkliflər əsasında gələcəkdə tədrisin daha da səmərəli təşkili üçün planlar müəyyən olunub.

Bu cür monitorinqlər, erkən yaşlardan başlayaraq şagirdlərin bilik və bacarıqlarının inkişaf səviyyəsini müəyyən etmək və tədris prosesində mövcud boşluqları vaxtında aşkarlamaq baxımından mühüm əhəmiyyət daşıyır.

Müzakirənin yekununda müəllimlərə metodik tövsiyələr verilib, şagirdlərlə fərdi işin gücləndirilməsinin vacibliyi vurğulanıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi