Riyaziyyat və Həyati Bacarıqlar – Fərqli Yanaşma

03.04.2025-ci il tarixində ADA Universitetində baş tutan maraqlı sessiyalardan biri “Riyaziyyatın həyati bacarıqlar kontekstində tədrisi”nə həsr olunub. Bakı şəhəri Məktəb Lisey Kompleksin direktoru Esmira Quliyeva bu mövzuda dəyərli fikirlərini bölüşərək, müasir təhsilin ən vacib aspektlərindən birinə toxunub.
Sessiyada riyazi düşünmə bacarığının artırılması və fənnin yeni yanaşmalarla tədrisi ilə bağlı dəyərli müzakirələr aparılıb. Riyaziyyat – təkcə formullar və qaydalar toplusu deyil, eyni zamanda analitik düşüncə və problemləri həll etmə bacarığıdır. Bu istiqamətdə yeni yanaşmaların tətbiqi təhsil sistemimizin inkişafında mühüm rol oynayacaq.
Məktəbin direktoru Anar Mustafazadə və direktor müavini Zahidə Əhmədova da iştirak ediblər.