"Aprel döyüşləri" mövzusunda maraqlı təqdimatlar

Məktəbdə şagirdlərin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində müxtəlif tədbirlər keçirilir. Tarix müəllimi Aysel Əhmədovanın rəhbərliyi ilə 6C sinif şagirdləri "Aprel döyüşləri" mövzusunda təqdimatlar ediblər.

Tədbirin məqsədi şagirdlərə Azərbaycan Ordusunun 2016-cı ilin aprel ayında göstərdiyi qəhrəmanlıq nümunələrini daha dərindən öyrətmək, onların vətənpərvərlik ruhunu artırmaq və tariximizə olan maraqlarını gücləndirmək olub.

Şagirdlər hazırladıqları təqdimatlarda Aprel döyüşlərinin gedişatını, qəhrəman şəhidlərimizi, ordumuzun əldə etdiyi uğurları və bu qələbənin Azərbaycan tarixindəki əhəmiyyətini əks etdiriblər. Təqdimatlar həm vizual, həm də məzmun baxımından yüksək səviyyədə hazırlanıb, şagirdlər mövzunu dərindən araşdıraraq maraqlı və əhatəli çıxışlar ediblər.

Belə tədbirlər şagirdlərimizin milli ruhda yetişməsinə, tarixi biliklərinin möhkəmlənməsinə və qəhrəmanlarımızın əziz xatirəsinin yaşadılmasına böyük töhfə verir. Bu gün biz onların fədakarlığını və qəhrəmanlığını xatırlayır, gələcək nəsillərə ötürmək üçün əlimizdən gələni edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi