"Şən Novruzum" adlı tədbir

Məktəbin akt zalında musiqi müəllimi Mehriban Musayevanın təşkilatçılığı və 6B, 6Ç, 7B, 8C, 8Ç sinif şagirdlərinin iştirakı ilə Novruz bayramına həsr olunmuş "Şən Novruzum" adlı tədbir keçirilib.

Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. Şagirdlər Novruzun qədim adət-ənənələrini canlandıraraq maraqlı səhnəciklər nümayiş etdiriblər. Baharın gəlişini simvolizə edən müxtəlif musiqi nömrələri, rəqslər və xalq mahnıları səsləndirilib.

Tədbirin əsas hissələrindən biri Kosa və Keçəl obrazlarının tamaşaya qoyduğu səhnələr olub. Həmçinin, şagirdlərimiz Novruza aid şeirlər söyləyiblər, bayram süfrəsinin atributlarını təqdim ediblər və bayramın mahiyyətini əks etdirən çıxışlar ediblər.

Bu gözəl bayram tədbiri hamıda xoş əhval-ruhiyyə yaradıb və şagirdlərimizin milli-mənəvi dəyərlərimizi dərindən mənimsədiyini bir daha nümayiş etdirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi