Nailiyyətlərimiz

Şagirdlərin növbəti uğuruMartın 30 və 31 tarixləri arasında Xaçmaz rayonunda badminton üzrə keçirilən respublika zona yarışlarının final mərhələsində məktəbin VI sinif şagirdi Nigar Səmədova və VIII sinif şagirdi Əli İsrafilov iştirak ediblər. Oğlanlar üzrə komanda I yerə, qızlar üzrə komanda isə II yerə layiq görülüb. Qaliblər diplom və medalla təltif olunublar.

Badminton üzrə Bakı birinciliyi keçirilib7-10 fevral tarixlərində 5 №-li Bakı Peşə Liseyində 2007-2008-ci il təvəllüdlü yeniyetmələr arasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə badminton üzrə Bakı birinciliyi keçirilib. Yarışda iştirak edən məktəbimizin badmintonçu şagirdləri İbrahimli Murad şəxsidə və qoşada-III yer, Nigar Səmədova qoşada II, qarışıq-qoşada isə III yer tutublar. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi idmançılarımızı diplom və hədiyyələrlə mükafatlandırıb. Azərbaycan Respublikası Badminton Federasiyası isə qalibləri medallarla təltif edib.

Şagirdimiz I yerə layiq görülüb24-27 yanvar tarixlərində 5 №-li Bakı Peşə liseyində Bakı şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə on və daha kiçik yaşlılar arasında badminton üzrə Bakı birinciliyi keçirilib. Yarışda məktəbimizin IV sinif şagirdi Murad İbrahimli iştirak edib. O, şəxsi, qoşa və qarışıq-qoşa yarışlarda yüksək nəticə göstərərək I yerə layiq görülüb. Murad İbrahimli Azərbaycan Badminton Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə təltif olunub.

HAQQIMIZDA

İlqar Cəfərov adına 260 nömrəli tam orta məktəb 1975-ci ildə tikilib. Məktəb Bakı şəhəri İcra H...

BİZİM FƏXRLƏRİMİZ

Elvin Bayramov Hikmət

Əli Həsənli Bəxtiyar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi