Nailiyyətlərimiz

Şagirdlərimizin idman sahəsində növbəti uğuru2004-2005-ci il təvəllüdlü şagirdlər arasında aprelin 13-dən 18-nə kimi 12 №-li tam orta məktəbdə badminton idman növü üzrə Bakı şəhər birinciliyi keçirilib. Məktəbimizin VIII sinif şagirdləri Rəvan Niftalıyev bu yarışda iştirak edərək şəxsidə II yer, qoşada I yer, qarışıq-qoşada I yer, Zəka Həsənov isə qoşada II yer tutub. 28 aprel 3 may tarixləri arasında isə 5 №-li Bakı Peşə liseyində badminton idman növü üzrə Azərbaycan birinciliyi keçirilib. Şagirdlərimiz Rəvan Niftalıyev şəxsi, qoşa, qarışıq-qoşada I yer, Zəka Həsənov isə qoşada II, şəxsi və qarışıq-qoşada IV yer tutub. Qaliblərimiz Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplomla mükafatlandırılıb.

“Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda keçirilən inşa yazı müsabiqəsində şagirdimiz III yerə layiq görüldüÜmummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə Bakı şəhər ümumtəhsil müəssələrinin şagirdləri arasında “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsi keçirildi. Müsabiqənin birinci mərhələsində məktəbimizin X sinif şagirdi Fidan Məhərrəmzadə III yerə layiq görüldü və Bakı şəhər mərhələsində iştirak etmək hüququ qazandı. O, Xətai Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən isə şəhadətnamə ilə təltif olundu.

Məktəbimizin komandası badminton üzrə yarışda I yerə layiq görülübAprelin 5-dən 9-dək 5 №-li Peşə Liseyinin idman zalında “Təhsil” Respublika İdman Mərkəzinin badminton üzrə respublika birinciliyi keçirilib. Yarışda 2 №-li RİOEUGİM-in tərkibində olan məktəbimizin şagirdləri Rəvan Niftalıyev, Zəka Həsənov, Əkbər Əliyev, Əli İsrafilov və Elçin Məmmədov komanda hesabında I yerə layiq görülüb və kubokla təltif olunublar.

HAQQIMIZDA

İlqar Cəfərov adına 260 nömrəli tam orta məktəb 1975-ci ildə tikilib. Məktəb Bakı şəhəri İcra H...

BİZİM FƏXRLƏRİMİZ

Rəvan Niftalıyev Surxay

Ağabala Baxşıyev Mahir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi