Kiçik Akademiya

Yekun hesabat18.05.2023-cü il tarixində İlqar Cəfərov adına 260 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya" nın yekun hesabat iclası keçirilib. "Kiçik Akademiya" 260 nömrəli tam orta məktəbdə 2016-cı ildən fəaliyyət göstərir. Bu illər ərzində şagirdlərimiz müxtəlif istiqamətlərdə elmi axtarışlar aparıblar. 2022/23-cü tədris ilində Akademiyanın ilk iclası keçirilib. Könüllü olaraq Akademiyanın işində 44 nəfər şagird iştirak etmək üçün müraciət edib. Sonradan onlardan 7 nəfəri müəyyən səbəblərdən Akademiyanın tərkibindən çıxmışdır. Belə ki, 37 nəfərlə Akademiyanın bu tədris ilindəki fəaliyyətinə yekun vururuq. Ədəbiyyat-4 nəfər, Riyaziyyat-6 nəfər, İnformatika-5 nəfər, Fizika-6 nəfər, Biologiya-5 nəfər, Kimya-1 nəfər, Coğrafiya-4 nəfər, Tarix-6 nəfər fənni üzrə elmi axtarışlar aparılmışdır. Keçirilən təqdimatların sayı-6, Praktiki aparılan təcrübələrin sayı-24, Təqdimatların video-çarxla nümayişi-29, Yazılı təqdimatların sayı-37, Cəlb olunan, fənn müəllimləri-8 7-ci sinif-6 nəfər, 8-ci sinif-12 nəfər, 9-cu sinif-11 nəfər, 10-cu sinif-7 nəfər, 11-ci sinif 1 nəfər.

Ətraflı

Xocalı-əsrin faciəsiFevralın 24-də 260 nömrəli tam orta məktəbin akt zalında Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar Xocalı qurbanlarının anım tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin tarix müəllimi Xalidə Muradova Xocalı faciəsində ermənilərin törətdikləri vəhşiliklər haqqında tədbir iştirakçılarına geniş məlumat verib. O, bildirib ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Xocalı soyqırımı isə Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Daha sonra şagirdlər Xocalı soyqırımında ermənilər tərəfindən törədilmiş vəhşilikləri əks etdirən kiçik səhnəciklərlə çıxış etdilər, şerlər söylədilər. 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə baş vermiş o qanlı hadisələri, xocalıların başına gətirilən müsibətləri canlandıran şagirdlərin çıxışı tədbir iştirakçılarını çox duyğulandırıb. İfa olunan lirik şeirlər, faciəni əks etdirən səhnəciklər millətimizin yaddaşına qanlı hərflərlə yazılmış bu tarixin yaşanmış acı səhifələrini bir daha canlandırıb. Xocalı faciəsi ilə əlaqədar video çarx da nümayiş etdirilib. Sonda məktəbin direktoru Kəmalə Quliyeva çıxış edərək tədbirə yekun vurdu.

Ətraflı

Kiçik Akademiya üzvlərinin təqdimatlarıFevralın 16-da 260 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya" üzvlərinin təqdimatları keçirilib. Təqdimatların gedişində məktəbin direktoru, direktor müavinləri və fənn müəllimləri iştirak ediblər. Təqdimatı giriş sözü ilə Tahir Səmədov açıb. O, 2023-cü il Heydər Əliyev ili olduğu üçün təqdimatların əksəriyyətinin Ulu Öndər Heydər Əliyevə həsr olunduğunu bildirib. Sonda məktəbin direktoru Kəmalə Quliyeva və direktor müavini Sevil Abdurahmanova təqdimatların yüksək səviyyədə hazırlandıqlarını bildirib.

Ətraflı

"Kiçik Akademiya" üzvlərinin növbəti iclasıNoyabrın 28-də 260 nömrəli tam orta məktəbin akt zalında "Kiçik Akademiya" üzvlərinin növbəti iclası keçirilib. İclasın işində məktəbin direktor müavini Tahir Səmədov və uşaq birliyinin rəhbəri Təranə Hacıyeva iştirak ediblər. İclası giriş sözü ilə Tahir Səmədov açıb. O, "Kiçik Akademiya" üzvlərinin qarşısında duran vəzifələrdən, götürüləcək mövzulardan, onlara hazırlıq işlərindən danışılıb. Şagirdlər tərəfindən fənnlər üzrə cavabdehlər təyin edilib. 15 dekabrda mövzular üzrə hazırlıqların yoxlanılması qərara alındı.

Ətraflı

"Kiçik Akademiya" üzvlərinin növbəti təqdimatlarıOktyabrın 28-də 260 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya" üzvlərinin növbəti təqdimatları keçirilib. Keçirilən təqdimatlarda şagirdlər ədəbiyyat, tarix, coğrafiya, biologiya, kimya və ingilis dili fənnləri üzrə elmi axtarışlar aparıblar. Məktəbin direktor müavini Tahir Səmədov çıxış edərək, şagirdlərin götürdükləri mövzularla əlaqədar onlara verilmiş məsləhətlərin faydalı olmasından danışıb. Mövzularda əsasən "Zəfər qələbəsi" , "Şuşa ili" , Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətindən, torpaqlarımızın yağı düşməndən azad olmasından, qardaş Türkiyənin bizim haqq işimizdə verdiyi dəstəklərindən bəhs edilib. Şagirdlər daha çox "Bir millət, iki dövlət", "Şəhidlər ölməz, Vətən bölünməz" mövzularına müraciət ediblər. Ümumilikdə təqdimatda 38 nəfər şagirdin elmi işləri təqdim olunub. Sonda məktəbin direktoru Kəmalə Quliyeva şagirdlərə gələcək təqdimatlara dair müəyyən tövsiyyələr verib.

Ətraflı

"Kiçik Akademiya" üzvlərinin təqdimatlarıOktyabrın 20-də 260 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya" üzvlərinin təqdimatları keçirilib. Təqdimatda məktəbin direktoru, direktor müavinləri və fənn müəllimləri iştirak ediblər. Təqdimatın işini tərbiyə işləri üzrə direktor müavini Tahir Səmədov açaraq bildirib ki, bu gün şagirdlər bir çox fənnlər üzrə elmi axtarışlar apararaq çıxış edəcəklər. Fizika fənni üzrə çıxış edən 6 şagird mövzularını parktiki olaraq təqdim ediblər. Riyaziyyat fənni üzrə12 şagirdin araşdırmaları dinlənilib. 7 "a" sinif şagirdi İsayeva Aylanın informatika fənni üzrə araşdırmaları daha maraqla qarşılanıb. "Kiçik Akademiya" üzvlərinin təqdimatından sonra məktəbin direktoru Kəmalə Qjliyeva çıxış edərək şagirdlərin təqdim etdikləri elmi araşdırmalardan razı qaldıqlarını bildirib və gələcəkdəki işlərində daha diqqətli olmalarını tövsiyyə edib.

Ətraflı

Kiçik Akademiyanın ilk iclasıSentyabrın 29-da 260 nömrəli məktəbdə "Kiçik Akademiya" üzvlərinin ilk iclası keçirilib. İclasın işində məktəbin direktoru, direktor müavinləri və uşaq birliyinin rəhbəri iştirak ediblər. İclası giriş sözü ilə direktor müavini Tahir Səmədov açıb. O, məktəbdə yaradılmış "Kiçik Akademiya" nın 2016-cı ildən fəaliyyət göstərilməsindən danışıb. Bu tədris ili Akademiyaya üzv olmaq üçün 7-11-ci siniflərdən müraciət etdiyini bildirib. Akademiyaya üzv olmaq istəyən şagirdlərə məktəbin fənn müəllimləri müəyyən tövsiyələr verib. Məktəbin direktoru Kəmalə Quliyeva keçən tədris ilində akademiyanın fəaliyyətini qənaət bəxş hesab edib. Şagirdlərin elmi axtarışlarında uğurlar arzulayıb. "Kiçik Akademiya" nın heyətinə aşağıdakılar seçilib. 1.Teymurşahov Rauf-8a 2.Quliyev Fazil-8a 3.Səlimova Fidan-8b 4.Rüstəmov Ramil-9a 5.Mirzəyeva İnci-9b 6.Bayramzadə Banuçiçək-10a 7.Zeynallı Zeynəb-10a 8.Nəsibli Şəhla-10a 9.Cəfərova Gülşən-10a 10.Qurbanova Fidan-10c 11.Heybətova Aişə-10b "Kiçik Akademiya" nın prezidenti: Bayramzadə Banuçiçək-10a Vitse prezident: Qurbanova Fidan-10c Vitse prezident: Rüstəmov Ramil-9a Elmi katib: Nəsibli Şəhla-10a, Quliyev Fazil-8a Məsul katib: Mirzəyeva İnci-9b, Teymurşahov Rauf-8a "Kiçik Akademiya" nın orqanı olan divar qəzeti "Zəka" Baş redaktor: Zeynallı Zeynəb-10a Müavinlər: Cəfərova Gülşən -10a Heybətova Aişə-10b Səlimova Fidan-8b Əlaqələndiricilər: Quliyeva Kəmalə-direktor Baş məsləhətçilər: Səmədov Tahir-müavin Gedişat haqqında məlumatı çatdıran şəxs: Hacıyeva Təranə-uşaq birliyinin rəhbəri

Ətraflı

28 may Dövlət Müstəqillik GünüMayın 26-da 260 nömrəli tam orta məktəbin akt zalında 28 may Dövlət Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib. Məktəbin akt zalı Müstəqilliyimizə həsr olunmuş plakatlar, divar qəzetləri və şagirdlərin əl işləri ilə bayramsayağı bəzədilib. Əvvəlcə şagirdlər tərəfindən Azərbaycan Dövlət himni səslənib. Sonra aparıcılar ibtidai sinif müəllimi Məmmədova Sevdanın rəhbərliyi ilə 2 "c" sinif şagirdlərini səhnəyə dəvət ediblər. Şagirdlərin biri-birindən maraqlı olan şeirləri və rəqsləri iştirakçılar tərəfindən maraqla izlənilib. Torpaqları yağı düşməndən azad olan Vətənimizin igid oğlan və qızlarının şərəfinə musiqili nəğmələr və şerlər səslənib. Tədbirdə qonaq qismində iştirak edən Yeni Azərbaycan Partiyasının Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək tədbirin yüksək səviyyədə hazırlanmasından və tərtibatdan məmnun olduğunu bildirib. Balaca fidanlara təhsildə uğurlar arzulayıb. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Kəmalə Quliyeva valideynlərə şagirdlərə və təşkilatçılara öz minnətdarlığını bildirib.

Ətraflı

"Şuşa ili" ilinə həsr olunmuş elektron təqdimatMayın 18-də 260 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya" üzvlərinin "Şuşa ili" ilə əlaqədər olaraq hazırladıqları video çarxın elektron təqdimatları keçirilib. Təqdimatların gedişində məktəbin direktoru Kəmalə Quliyeva direktor müavinləri Sevil Abdurahmanova və Tahir Səmədov iştirak ediblər. Təqdimatlar aşağıdaki mövzularda aparılıb. "Qızıl hərflərlə yazılan tarix-8noyabr" "Müzəffər ordunun komandanı" "Havalansın Xanın səsi- Qarabağın şikəstəsi, "Cıdır düzündə qalanan tonqal" "Zəfərə aparan 44 gün" "Şəhidlər ölməz-vətən bölünməz" "Dastana dönmüş qəhrəmanlar" "Dəmir yumruğun gücü" "Mədəniyyətimizin incisi Şuşa" "Şuşanın tanınmış şəxsləri" "Şuşanın müqəddəs yerləri-ziyarətgahları" "Şuşanın təbiəti" "Xarıbülbülün ətri gəlir" mövzusunda təqdimatlar numayis olunub.

Ətraflı

"Kiçik Akademiya" üzvləri ilə görülmüş işlərin və həyata keçirilmiş tədbirlərin hesabatı08 oktyabr 2021-ci il tarixdə məktəbdə "Kiçik Akademiya" üzvlərinin ilk iclası keçirilib. İclasda "Kiçik Akademiya" ya könüllü olaraq VII, VIII, IX, X siniflərdən 44 nəfər üzv yazılıb. Təşkilati işlər həyata keçirilib. 20 oktyabr 2021-ci il tarixdə "Kiçik Akademiya" nın ali orqanı olan "Zəka" divar qəzeti yaradılıb və onun ilk nömrəsi hazırlanıb. Redaksiya heyəti seçilib. 29 oktyabr 2021-ci il tarixdə növbəti yığıncaqda istedadlı şagirdlərlə işin təşkili həyata keçirilib. "Kiçik Akademiya" üzvlərinə verilmiş elmi axtarışlı mövzular yoxlanılıb. 05 noyabr 2021-ci il tarixdə "Kiçik Akademiya" üzvləri Şuşa ilə əlaqədar silsilə tədbirlər məktəbdə təşkil edilib. 12 noyabr 2021-ci il tarixdə "Konstusiya günü" ilə əlaqədar tədbir keçirilib. 19 noyabr 2021-ci il tarixdə "Kiçik Akademiya" üzvləri götürdükləri mövzular əsasında təqdimatlarla çıxış ediblər. (Azərbaycan dili-ədəbiyyat, riyaziyyat, informatika) 26 noyabr 2021-ci il tarixdə (Biologiya, kimya, fizika və çoğrafiya) bölmələri üzrə təqdimatlar olub. 02 dekabr 2021-ci il tarixdə "Kiçik Akademiya" üzvləri "Zərərli vərdişlərə qarşı aparılan profilaktik tədbirlərdən", "Narkomaniyaya yox deyək" mövzularında çıxışlarla təqdimatlarını nümayiş ediblər. Akademiyanın fəal üzvü 9 "a" sinif şagirdi Qurbanova Fidanın hazırladığı video çarx akt zalında nümayiş olunub. 06 dekabr 2021-ci il tarixdə Ülu öndər Heydər Əliyevin "Anım günü" ilə əlaqədar şagirdlərin təqdimatları keçirilib. 16-23 dekabr 2021-ci il tarixdə "Yol hərəkətinin təhlükəsizliyinə" həsr olunmuş sil-silə tədbirlər keçirilib, video çarxlar təqdim olunub. 01 fevral 2022-ci il tarixdə "Kiçik Akademiya" üzvləri mövzular üzrə aparılmış elmi araşdırmalarla növbəti təqdimatlarını təqdim edib. 01 aprel 2022-ci il tarixdə Akademiya üzvləri yekun təqdimatlarla çıxış ediblər. 29 aprel 2022-ci il tarixdə "Kiçik Akademiya" üzvləri arasında "Əziz Şuşa sən azadsan!", "Şuşa Qarabağın döyünən ürəyidir" mövzular üzrə inşa yazı müsabiqəsində iştirak ediblər.(qaliblər rəhbərlik tərəfindən mükafatlandırılıb). 13 may 2022-ci il tarixdə Akademiya üzvləri "Şuşanın görkəmli şəxslərinin həyat və fəaliyyətindən bəhs edən sənədli video çarx təqdim olunub." Yeni 2022-2023-cü il üçün qarşıda duran vəzifələr nümayiş olunub.

Ətraflı

Şuşanın görkəmli şəxsiyyətləriMayın 13-də 260 №-li tam orta məktəbdə “Şuşa ili” ilə əlaqədar sil-silə tədbirlərindən “Şuşanın görkəmli şəxsiyyətləri” nə həsr olunmuş tədbir keçirilib. Məktəbin biologiya otağında keçirilən tədbirdə məktəbin direktoru, direktor müavinləri, fənn müəllimləri iştirak ediblər. Tədbiri giriş sözü ilə məktəbin direktor müavini Tahir Səmədov açıb. Sonra Şuşanın görkəmli şəxslərinə həsr olunmuş video çarx təqdim olunub. Video çarxda Pənahəli xan, Əbdürəhim bəy Haqverdiyev, Xan qızı Natəvan, Bülbül, Xan Şuşinski, Üzeyir Hacıbəyov, Niyazi, Rəşid Behbudov və digər tanınmışlar haqqında geniş məlumat nümayiş olunub. Sonda məktəbin direktoru Kəmalə Quliyeva çıxışlardan məmnun qaldığını bildirərək, zəhməti keçən hər kəsə öz təşəkkürünü bildirib.

Ətraflı

Şuşa Azərbaycanın parlaq diyarıdırMayın 12-də 260 nömrəli tam orta məktəbin akt zalında Şuşanın 270 illiyinə həsr olunmuş "Şuşa Azərbaycanın parlaq diyarıdır" adlı tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səslənib. Sonra aparıcı sözü məktəbin Azərbaycan dili-ədəbiyyat müəllimi Həsənova Ülduzəyə verib. O, Şuşanın 270 illiyi haqqında tamaşaçılara geniş məlumat verib. Sonra Şuşaya həsr olunmuş sənədli video-çarx nümayiş olunub. Video çox maraqlı ve zövqlə hazırlanıb. Milli geyimdə səhnəyə çıxan şagirdlər şeir və rəqslərli məharətlə ifa ediblər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Şuşaya və digər azad olunmuş bölgələrə etdiyi səfərlərin kadırları nümayiş olunub. Tədbir Azərbaycan şəhidlərinə və qəhrəmanlarımıza həsr olunmuş mahnılarla yekunlaşıb. Sonda məktəbin direktoru Kəmalə Quliyeva çıxış edərək tədbirin yüksək səviyyədə hazırlanmasında zəhməti olanlara öz təşəkkürünü bildirib.

Ətraflı

“Kiçik Akademiya” üzvlərinin təqdimatlarıAprelin 1-də 260 №-li tam orta məktəbdə “Kiçik Akademiya” üzvlərinin təqdimatları keçirilib. Təqdimatda məktəbin direktoru Kəmalə Quliyeva, direktor müavinləri və fənn müəllimləri iştirak ediblər. Təqdimatlar üç mərhələdə təşkil olunub. Birinci mərhələdə riyaziyyat, informatika, fizika, ikinci mərhələdə Azərbaycan dili və ədəbiyyat, tarix, üçüncü mərhələdə biologiya, kimya, coğrafiya fənnləri üzrə şagirdlər elmi araşdırmalarla çıxış ediblər. Təqdimatı giriş sözü ilə məktəbin direktor müavini Tahir Səmədov açıb. O, qeyd edib ki, bu tədris ilindən dördüncü dəfədir ki, şagirdlərimiz götürdükləri mövzular üzrə elmi araşdırmalar aparıblar. Burada praktiki olaraq mövzular işlənərək təqdim olunub. Akademiya üzvlərindən 44 nəfərdən 32 nəfər şagird işlərini müvəffəqiyyətlə başa vurmuş, 12 nəfər şagird isə götürdükləri işi tamamlamamışdılar. Təqdimatların sonunda məktəbin direktoru Kəmalə Quliyeva “Kiçik Akademiya” nın işini yüksək qiymətləndirib və şagirdlərə elmi araşdırmalarında uğurlar arzulayıb

Ətraflı

Xocalı qan yaddaşımızFevralın 24-də 260 №-li tam orta məktəbin 4 "a" sinfində Xocalı faciəsinin 30-cu il dönümü ilə əlaqədar “Xocalı qan yaddaşımızdır” adlı tədbir keçirilib. Azərbaycan Dövlət himni səsləndikdən sonra Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 4 “a” sinifinin müəllimi Vüsalə Orduyeva 26 fevral Xocalı soyqırımı faciəsi haqqında şagirdlərə geniş məlumat verib. Şagirdlər tərəfindən Xocalı qurbanlarına aid hazırladıqları foto albom və plakatlar sinifdə nümayiş olunub. Daha sonra “Xocalı qan yaddaşımızdır” adlı video çarx nümayiş olunub. Bu video çarxda xalqımızın başına gətirilən əzab-əziyyətlərdən, xalqımıza qarşı törədilən erməni vəhşiliyindən ibarət sənədli materiallar göstərilib. Həlak olan soydaşlarımızın göstərdiyi mərdliklərə, qəhrəmanlıqlara həsr olunmuş şer və mahnılar şagirdlər tərəfindən təqdim olunub. Tədbirin sonunda məktəbin direktoru Kəmalə Quliyeva çıxış edərək faciənin xalqımıza vurduğu sağalmaz yaradan danışıb və tədbirin yüksək səviyyədə hazırlandığını bildirib.

Ətraflı

"Kiçik Akademiya" üzvlərinin təqdimatlarıFevralın 1-də 260 №-li tam orta məktəbdə “Kiçik Akademiya” üzvlərinin növbəti təqdimatları keçirilib. Təqdimatın işində məktəbin direktoru Kəmalə Quliyeva, direktor müavini Tahir Səmədov, fizika müəllimi Yusifzadə Könül iştirak ediblər. Şagirdlər riyaziyyat, biologiya, fizika, kimya, informatika, tarix, coğrafiya və digər fənlər üzrə praktiki olaraq işlərini həvəslə təqdim ediblər. 7 "c" sinif şagirdi fizikadan hazırladığı təcrübədə yaranmış elektromaqnit qüvvəsindən danışıb. Göstərdiyi təcrübədə o elmi axtarışlarının bundan sonrada davam edəcəyindən bəhs edib. 9 "b" sinfinin şagirdləri Qarabağın beşiyi olan Şuşa haqqında hazırladıqları videoçarxı təqdim edərək öz fikirlərini çatdırıblar. Onlar qeyd ediblər ki, Ali Baş Komandan İlham Əliyev bu 2022-ci ili Şuşa ili elan etmişdir. Bununla əlaqədar məktəbdə bir sıra silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. 2021-2022-ci tədris ili üzrə "Kiçik Akademiya" ya cəlb olunan VII-VIII-IX-X siniflər üzrə 40 nəfər şagird müxtəlif mövzular ətrafında elmi tədqiqat işləri aparıb. Məktəbin direktoru Quliyeva Kəmalə şagirdlərin təqdimatlarını yüksək qiymətləndirərək onlara müəyyən tövsiyələr verib. Direktor müavini Səmədov Tahir "Kiçik Akademiya" nın təqdimatlarına yekun vurub.

Ətraflı

Ümummilli Lider Heydər Əliyevin anım günüDekabrın 10-da 260 nömrəli tam orta məktəbin foyesində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr ilunmuş tədbir keçirilib. Tədbirdə məktəbin V “b” sinifinin şagirdləri ilə yanaşı “Kiçik Akademiya” nın üzvləri də iştirak ediblər. Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının dövlət himni səslənib. Məktəbin tarix müəllimi Səfərova Aynur Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Şagirdlər Ulu Öndər haqqında şer və mahnılar səsləndiriblər. Daha sonra məktəbin direktoru Kəmalə Quliyeva Azərbaycanın müstəqil dövlət olmasında Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Tədbirin sonunda iştirakçılar foyedəki Ulu Öndərin şəkli önünə gül çələngi qoydular.

Ətraflı

Ulu Öndərin anım günü ilə əlaqədar təqdimatDekabrın 6-da 260 №-li tam orta məktəbdə Kiçk Akademiya üzvləri Ulu Öndərin anım günü ilə əlaqədar- Heydər Əliyev irsinin öyrənilib təbliğ olunmasına həsr olunmuş təqdimatlar keçirilib. Əvvəlcə məktəbin direktor müavini Tahir Səmədov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. Müstəqilliyimizin yaradıcısı, Azərbaycanın çiçəklənməsində onun müstəsna rolundan danışıb. Kiçik Akademiya üzvləri Ulu Öndər Heydər Əliyevə həsr olunmuş təqdimatlarla çıxış ediblər. Məktəbin direktoru Kəmalə Quliyeva və direktor müavini Sevil Abdurahmanova Kiçik Akademiyanın təqdimatlarını yüksək qiymətləndirib.

Ətraflı

"Kiçik Akademiya" üzvlərinin təqdimatlarıDekabrın 6-da 260 №-li tam orta məktəbdə "Kiçk Akademiya" üzvləri Ulu Öndərin anım günü ilə əlaqədar- "Heydər Əliyev irsinin öyrənilib təbliğ olunmasına" həsr olunmuş təqdimatlar keçirilib. Əvvəlcə məktəbin direktor müavini Tahir Səmədov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. Müstəqilliyimizin yaradıcısı, Azərbaycanın çiçəklənməsində onun müstəsna rolundan danışıb. "Kiçik Akademiya" üzvləri Ulu Öndər Heydər Əliyevə həsr olunmuş təqdimatlarla çıxış ediblər. Məktəbin direktoru Kəmalə Quliyeva və direktor müavini Sevil Abdurahmanova Kiçik Akademiyanın təqdimatlarını yüksək qiymətləndirib.

Ətraflı

“Kiçik Akademiya” üzvlərinin növbəti təqdimatlarıNoyabrın 26-da 260 №-li tam orta məktəbdə “Kiçik Akademiya” üzvlərinin növbəti təqdimatları keçirilib. “Kiçik Akademiya” nın təqdimatlarında məktəb rəhbərlikləri və fənn müəllimləri iştirak ediblər. Təqdimatda şagirdlər kimya, biologiya, coğrafiya və fizika fənnlərindən elmi araşdırmalar edərək öz işlərini təqdim ediblər. Şagirdlər mövzular üzrə apardıqları elmi axtarışları slayd formasında və video çarx vasitəsilə nümayiş ediblər. Biologiya fənni üzrə 10 nəfər, fizika fənni üzrə 5 nəfər, kimya fənni üzrə 2 nəfər, coğrafiya fənni üzrə 3 nəfər şagird elmi işlərini təqdim ediblər. Sonda məktəbin direktoru Kəmalə Quliyeva təqdimatların gedişindən razı qaldığını bildirib və iştirakçılara uğurlar arzulayıb.

Ətraflı

“Kiçik Akademiya” üzvlərinin təqdimatlarıNoyabrın 19-da 260 №- li tam orta məktəbdə “Kiçik Akademiya” üzvlərinin təqdimatları keçirilib. Təqdimatda məktəb rəhbərlikləri və fənn müəllimləri iştirak ediblər. Təqdimatın gedişində şagirdlər Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, informatika və tarix fənnləri üzrə tədqiqatlar aparıblar. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Tahir Səmədov çıxış edərək bildirib ki, oktyabr ayında könüllü olaraq “Kiçik Akademiya” ya üzv olanlara metodiki istiqamətlər verilib. Təqdimatda şagirdlər video çarx və slaydlar təqdim ediblər. Təqdimatlarda Azərbaycan dili və ədəbiyyat fənni üzrə 6 nəfər, riyaziyyat fənni üzrə 10 nəfər, informatika fənni üzrə 3 nəfər və tarix fənni üzrə şagird öz işlərini nümayiş etdiriblər. Məktəb rəhbərlikləri şagirdlərin təqdimatlarından razı qaldıqlarını söyləyiblər. Təqdimata məktəbin direktoru Kəmalə Quliyeva yekun vuraraq şagirdlərə uğurlar arzulayıb.

Ətraflı

“Gənc bioloqlar”Noyabrın 18-də 260 №-li tam orta məktəbin 6 “b” sinif şagirdləri “Gənc bioloqlar” dərnəyinin üzvlərinin “Kiçik Akademiya” ya hazırlıq mərhələsində təqdimatlar keçirilib. İlk olaraq təqdimatı 6 “b” sinifin şagirdi İsmayılzadə Aliyə verib. O, Azərbaycanın fauna və florası haqqında danışıb və Azərbaycanın zəngin bitki örtüyü və heyvanat aləmi haqqında video çarx təqdim edib. Sonra isə 6 “b” sinif şagirdi Soltanəliyeva Nəzrin nümayiş etdiyi təqdimatında “Bakteriyaların yayılması və təbiətdə rolu” , “Xəstəlik törədən bakteriyalar”, “Viruslar” haqqında məlumat verib. “Kiçik Akademiya” nın işində iştirak etmək üçün şagirdlərə məktəbin biologiya müəllimləri Səmədov Tahir və Aslanova Aybəniz məsləhətlər veriblər.

Ətraflı

12 noyabr-Konstitusiya GünüNoyabrın 12-də 260 №-li tam orta məktəbin foyesində Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir məktəbin “Kiçk Akademiya” üzvləri tərəfindən təşkil olunub. Tədbirdə pandemiya şəraitini nəzərə alaraq tibbi-gigiyenik qaydalara riayət edərək şagirdlər nizamlı şəkildə düzülüblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səslənib. Sonra məktəbin tarix müəllimi Sürmə Ələkbərova 12 noyabr-Konstitusiya Günü ilə əlaqədar çıxış edib. Daha sonra “Kiçk Akademiya” nın üzvləri Konstitusiyanın maddələri haqqında tədbir iştirakçılarına məlumat veriblər. Sonda tədbir iştirakçıları Doğma Azərbaycanımıza aid mahnı ifa ediblər.

Ətraflı

“Kiçik Akademiya” üzvlərinin təqdimatlarıNoyabrın 2-də 260 №-li tam orta məktəbdə “Kiçik Akademiya” üzvlərinin hazırladıqları “Zəfər günü” və “Xarı bülbül” divar qəzetlərinin təqdimatları keçirilib. Təqdimatda məktəbin tərbiyə işləri üzrə direktor müavini 8 noyabr “Zəfər günü” ilə əlaqədar məktəbdə keçirilən silsilə tədbirlərdən danışıb. O, bu tədbirdə “Kiçik Akademiya” üzvlərinin də fəallıq göstərdiyini qeyd edib. Tahir Səmədov bildirib ki, noyabrın 5-də “Zəfər günü” ilə əlaqədar məktəbdə şəhid ailə üzvləri və Qazilərlə görüş keçiriləcək. Bu görüşə “Kiçik Akademiya” nın üzvləridə çox ciddi hazırlıq görürlər.

Ətraflı

“Kiçik Akademiya” nın növbəti iclasıOktyabrın 29-da 260 №-li məktəbdə “Kiçik Akademiya” nın növbəti iclası keçirilib. İclasda məktəbin direktor müavini Sevil Abdurahmanova, Tahir Səmədov və uşaq birliyinin rəhbəri Təranə Hacıyeva iştirak ediblər. İclasa məktəbin istedadlı şagirdləri dəvət olunmuşdur. Tahir Səmədov öz çıxışında bildirib ki, oktyabrın 28-də Bakı şəhəri Təhsil idarəsi tərəfindən keçirilən iclasda “Kiçik Akademiya” üzvlərinin elmi axtarışlarının aparılmasında onlara ediləcək köməklərdən danışılıb. Həmçinin də qeyd olunub ki, dekabr ayında şəhər üzrə “Kiçik Akademiya” nın konfransı keçiriləcək. Sonra “Kiçik Akademiya” üzvlərinin mövzuları ətrafında hazırlıqlarının vəziyyəti araşdırılıb. Şagirdlərdən 10 “a” sinif şagirdi Əlizadə Elmar, Nağı Əlirövşən, 10 “c” sinif şagirdi Mustafayeva Hüsniyyə, 9 “a” sinif şagirdi Bayramzadə Banuçiçək və 8 “b” sinif şagirdi Mirzəyeva İnci götürdükləri mövzular haqqında məlumat veriblər. Daha sonra “Kiçk Akademiya” üzvlərinin “Zəfər bayramı” na həsr olunan inşa yazıları nümayiş olunub. Şagirdlər bildiriblər ki, noyabr ayında keçiriləcək təqdimatlara tam hazırdılar.

Ətraflı

TəlimatlandırmaXətai rayon İlqar Cəfərov adına 260 №-li tam orta məktəbin “Kiçik Akademiya” üzvlərinin təlimatlandırılması.

Ətraflı

"Kiçik Akademiya"nın orqanı olan “Zəka” qəzetiOktyabrın 20-də İlqar Cəfərov adına 260 №-li tam orta məktəbdə Kiçik Akademiyanın orqanı olan “Zəka” qəzetinin yeni tədris ilində ilk sayının buraxılışı dərc olunub. Divar qəzetinin redaksiya heyəti sentyabr-oktyabr aylarında məktəb həyatında baş verən yeniliklərdən, şagirdlərin tibbi-gigiyenik qaydalara ciddi riayət etmələri haqda söhbət açılıb. Kiçik Akademiyada müəllimlərin şagirdlərlə mövzu ətrafında çalışmalarıda qəzetdə öz əksini tapıb. Məktəbin şagirdləri həmçinin redaksiyanın üzvləri Zeynallı Zeynəb, Əlizadə Elmar, İbrahimova Fatimə qəzetdə məqalələrin dolğun və rənga-rəng çıxmasına yardımçı olurlar.

Ətraflı

"Kiçik Akademiya" nın ilk iclasıOktyabrın 8-də məktəbin akt zalında Kiçik Akademiyanın ilk iclası keçirilib. İclasda məktəb rəhbərlikləri, Kiçik Akademiyanın prezidenti və vitse-prezidenti içtirak ediblər. 2021-2022-ci tədris ili üçün məktəbin VII-X sinif şagirdləri arasında ilkin olaraq 38 nəfər “Kiçik Akademiya” ya üzv qəbul olunmaq üçün müraciət ediblər. 7-ci siniflər üzrə 11 nəfər, 8-ci siniflər üzrə 13 nəfər, 9-ci siniflər üzrə 10 nəfər, 10-cu siniflər üzrə 4 nəfər müraciət ediblər. 1.Azərbaycan dili və Ədəbiyyat - 6 nəfər 2.Riyaziyyat - 14 nəfər 3.İnformatika - 1nəfər 4.İngilis dili – 1 nəfər 5.Tarix – 5 nəfər 6.Coğrafiya – 2 nəfər 7.Biologiya – 5 nəfər 8.Kimya – 1 nəfər 9.Fizika – 3 nəfər Bu şagirdlər fənn müəllimləri ilə əlaqə saxlamalıdırlar. Hər hansı mövzu götürərkən onun praktiki olaraq elmi araşdırmalarını aparmalıdırlar. Tədris ilinin noyabr, yanvar, aprel aylarında şagirdlərin təqdimatları dinlənəcək. Təşkilatı məsələ: “Kiçik Akademiya” nın prezidenti Bayramzadə Banuçiçək 9 a I vitse president Zeynallı Zeynəb 9 a II vitse president Əlizadə Elmar 10 a “Zəka” divar qəzeti “Kiçik Akademiya” nın orqanı Baş redaktor: Zeynallı Zeynəb 9 a Müavin: İbrahimova Fatimə 9 a Baş məsləhətçi: Quliyeva K. M Əlaqələndiricilər: Səmədov T. M, Abdurahmanova S. Q, Hacıyeva T.R Elmi katib: Şirəliyeva Gülanə, Həsənova Yeganə - Azərbaycan dili və Ədəbiyyat müəllimi

Ətraflı

“Kiçik Akademiya” üzvlərinin növbəti təqdimatlarıMayın 27-də İlqar Cəfərov adına 260 №-li tam orta məktəbdə “Kiçik Akademiya” üzvlərinin təqdimatları keçirilib. Təqdimatda şagirdlərlə yanaşı müəllimlərdə iştirak ediblər. Məktəbin direktor müavini Tahir Səmədov bu gün təqdim olunan mövzuların aktuallıqlarından danışıb. Sonra mövzular üzrə şagirdlərin təqdimatları təqdim olunub. Şagirdlər “Azərbaycanda dərman bitkiləri” , “Müqəddəs ziyarətgahlarımız” , “Milli qəhrəmanlarımız” , “Azərbaycan idmançıları” , “Qarabağ atları” , “Yağış sularından alternativ istifadə” , “Riyazi rəqəmlər və onların sirləri” , “Azərbaycan qoruqları” , “Azərbaycan xalçaları” , “Alternativ enerji mənbələri” adlı mövzularını slaydlar vasitəsilə təqdim etdilər. Şagirdlərin təqdimatlarından sonra direktor müavini Sevil Abdurahmanova çıxış edərək mövzu seçimindən və slaydlar vasitəsilə ətraflı məlumat verilməsinin yüksək səviyyədə olduğunu bildirib. Sonda Tahir Səmədov “Kiçik Akademiya” üzvlərinə gələcəkdə təqdimatları təqdim edərkən praktiki işlərə üstünlük verilməsi haqda tövsiyyələr verib.

Ətraflı

“Kiçik Akademiya” üzvlərinin Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş tədbiriMayın 26-da İlqar Cəfərov adına 260 №-li tam orta məktəbdə “Kiçik Akademiya” üzvlərinin Azərbaycan Xalq Cümhuriyyətinin 103 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir məktəbin foyesində pandemiya dövründə tibbi gigiyenik qaydalarına əməl olunmaq şərti ilə keçirilib. Tədbirin gedişində məktəb rəhbərlikləri və müəllim heyəti iştirak ediblər. Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımız üçün tarixi hadisə adlandırmışdır. Azərbaycan Respublikası Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikasıdır. Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, о cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir. Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır. Məktəbin VII sinif şagirdləri Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş şerlər və mahnılarla tədbiri daha da rəngarəng etdilər. Tədbirin sonunda məktəbin direktoru Kəmalə Quliyeva çıxış edərək şagirdlərə çıxışlarına görə öz təşəkkürünü bildirib.

Ətraflı

Kiçik Akademiyanın loqosuİlqar Cəfərov adına 260 №li tam orta məktəbin nəzdində fəaliyyət göstərən “Kiçik Akademiya” nın loqosu müəyyən edildi.

Ətraflı

“Kiçik Akademiya” üzvlərinin təqdimatlarıMayın 21-də İlqar Cəfərov adına 260 №-li tam orta məktəbdə "Kiçik Akademiya" üzvlərinin təqdimatı keçirilib. Təqdimatda məktəb rəhbərlikləri və müəllim heyəti iştirak ediblər. Təqdimatda şagirdlərin mövzuları haqqında məlumat verən Tahir Səmədov bildirib ki, hər bir şagird praktiki olaraq mövzular üzərində axtarışlar aparıblar. Şagirdlər “Su damlalarını qoruyaq” , “Gündəlik işlətdiyimiz bəzi vasitələrin xeyiri və zərəri” , "Biogeosenozda qida zəncirinin qırılma səbəbləri" , “Qarabağ Azərbaycandır!” “Zəfər və qələbədə igid döyüşçülərimiz” adlı mövzuları təqdim etdilər. Təqdimatlar dinlənildikdən sonra məktəb rəhbərliyi çıxış edərək şagirdlərə maraqlı laihələrə görə öz təşəkkürlərini bildiriblər.

Ətraflı

Kiçik Akademiyanın orqanı olan “Zəka” divar qəzetiXətai rayon İlqar Cəfərov adına 260№ tam orta məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” nın orqanı olan “Zəka” divar qəzeti 25 fevral 2021-ci ildən fəaliyyətə başlayıb. Qəzetdə məktəbdə aparılan elmi axtarışlar, şagirdlərin praktiki işləri dərc olunub. Hər buraxılan nömrədə məktəbin müəllimlərinin şagirdlərə metodiki tövsiyyələri işiqlandırılıb. Qəzetin redaksiya heyyəti məktəbin ictimai həyatındakı yenilikləri şagirdlərə çatdırmağa çalışır.

Ətraflı

"Kiçik Akademiya"İ.Cəfərov adına 260 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya” 2016-cı il tarixdən fəaliyyətə başlayıb. Məktəbdə yaradılmış “Kiçik Akademiya”nın əsas məqsədi VI-XI siniflərdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq etməsi, onların elmi-yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsindən ibarət olub. Şagirdlərin elmi dünyagörüşünün formalaşması istiqamətində sistemli iş aparmaq, tədqiqatçılıq bacarığı ilə layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq əsas hədəfimizdir. “Kiçik Akademiya”da humanitar, riyaziyyat, texniki və təbiət bölmələri fəaliyyət göstərir. “Kiçik Akademiya”nın şagirdləri müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə məruzə, referat və təqdimatlar hazırlayırlar. “Kiçik Akademiya”nın üzvləri tədris ili ərzində, oktyabr, yanvar, aprel aylarında hesabat xarakterli təqdimatla çıxış edirlər. Mövzuların seçimi sərbəstdir. 2018-2019-cu tədris ilində “Kiçik Akademiya”nın üzvləri aşağıda qeyd olunan tədqiqat işlərini aparıb. “Riyazi rəqəmlərin möcüzəsi”- X sinif şagirdi Mədinə Hacılı “Dünya ölkələrinin çayları”- X sinif şagirdi Nuray Həsənli “Uran elementi” - X sinif şagirdi Ülkər Əlizadə Səməd Vurğunun “Aydın” poeması - VII sinif şagirdi Murad Qəmbərli “Dünyanın yeddi möcüzəsi” - VII sinif şagirdi Hüsniyyə Mustafayeva “Ekologiyanın qorunması” - IX sinif şagirdi Nigar Yusifova “İnsan ürəyinin fəaliyyəti” - VII sinif şagirdi Tahirə Rəşid “Qarabağ inciləri” - X sinif şagirdi Əminə Səlimova “Kiçik Akademiya”nın tərkibi aşağıdakı kimidir: Prezident - Nuray Həsənli (X) I vitse prezident - Ülkər Əlizadə (X) II vitse prezident - Nəzrin Qəmbərli (X) Bölmələrin rəhbərləri: Hərbi vətənpərvərlik - Hüsniyyə Mustafayeva (VII) Azərbaycan dili - Nəzrin Qəmbərli (X) Coğrafiya - Nuray Həsənli (X) Riyaziyyat- Mədinə Hacılı (X) Fizika - Aişə Eylazova (VIII) Kimya - Nərminə İbrahimxəlilova (X) Biologiya - Nigar Yusifova (IX) Məktəbin “Kiçik Akademiya”sı qarşıda duran məsələlərə çatmaq üçün elmin təbliği, elmlə təhsilin vəhdətinin yaradılması istiqamətində layihələri həyata keçirir və bu işləri gələcəkdə də davam etdirəcəkdir.

Ətraflı
HAQQIMIZDA

İlqar Cəfərov adına 260 nömrəli tam orta məktəb 1975-ci ildə tikilib. Məktəb Bakı şəhəri İcra H...

BİZİM FƏXRLƏRİMİZ

Şəms Hüseynli Ehtiram

Nəzrin Qarayeva Natiq

HAQQIMIZDA

İlqar Cəfərov adına 260 nömrəli tam orta məktəb 1975-ci ildə tikilib. Məktəb Bakı şəhəri İcra H...

BİZİM FƏXRLƏRİMİZ

Şəms Hüseynli Ehtiram

Nəzrin Qarayeva Natiq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi