Nailiyyətlərimiz

Badminton üzrə beynəlxalq turnirdə şagirdimiz III yerə layiq görülüb17-20 avqust tarixlərində Ukraynanın Xarkov şəhərində 2000-2002-ci il təvəllüdlü idmançılar arasında badminton üzrə beynəlxalq turnir keçirilib. Turnirdə Gürcüstan, İsrail, Polşa, Misir, Ukrayna və Azərbaycandan gələn idmançılar iştirak ediblər. Qoşa və qarışıq-qoşa yarışlarda məktəbimizin XI sinif şagirdi Vaqif İsmayılov iştirak edərək III yerə layiq görülüb və Xarkov şəhər Gənclər və İdman İdarəsi şagirdimizi diplomla təltif edib.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş badminton üzrə yarış keçirildiİyunun 4-də məktəbimizdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş badminton üzrə yarış keçirildi. Yarış Bakı şəhər məktəbliləri arasında təşkil olundu. Məktəbimiz tərəfindən 2 komanda iştirak etdi və I komanda I yerə, II komanda isə III yerə layiq görüldü. Qalib olan komandalarımız və şagirdlərimizin hər biri diplom, medalla təltif edildi. Məktəbimizin fiziki tərbiyə müəllimi Cavanşir Əlizadəyə də diplom təqdim olundu.

Badminton üzrə Azərbaycan birinciliyi keçirilib23-30 may tarixlərində 12 №-li tam orta məktəbdə badminton üzrə Azərbaycan birinciliyi keçirilib. 23-26 may tarixlərində 2002-2003-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən yarışda məktəbimizin VIII sinif şagirdi Rəvan Niftalıyev şəxsidə II, qoşada və qarışıq-qoşada I, X sinif şagirdi Vaqif İsmayılov şəxsidə V, qoşa və qarışıq-qoşada III yer tutub. 27-30 may tarixlərində 2000-2001-ci il təvəllüdlü idmançılar arasında keçirilən yarışda isə Rəvan Niftalıyev qoşa və qarışıq-qoşada II, Vaqif İsmayılov isə şəxsidə III yerə layiq görülüb. Qaliblər Azərbaycan Respublikası Gənclər Və İdman Nazirliyi tərəfindən diplom və medalla mükafatlandırılıblar.

HAQQIMIZDA

İlqar Cəfərov adına 260 nömrəli tam orta məktəb 1975-ci ildə tikilib. Məktəb Bakı şəhəri İcra H...

BİZİM FƏXRLƏRİMİZ

Gülnar Tahirova Əhliman

Zarina Nəbizadə Nəbi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi