Nailiyyətlərimiz

Badminton üzrə yarışda məktəbin daha bir uğuruBadminton üzrə Azərbaycan birinciliyinin növbəti yarışı 18-21 aprel tarixlərində 5 №li Bakı Peşə Liseyində baş tutub. Yarışda 2007-2008-ci il təvəllüdlü şagirdlər mübarizə aparıb. Bu dəfəki yarışda VI sinif şagirdi Nigar Səmədova iştirak edərək qoşa, qarışıq-qoşa üzrə III yerə layiq görülüb. O, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplom və medallarla mükafatlandırılıb.

“Dəyərlərimiz-sərvətimiz, gələcəyimizdir” layihəsi çərçivəsində keçirilən müsabiqənin qalibləri mükafatlandırılıbAprelin 16-da Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, “Pətək” Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyi və TİKA (Türk İşləri Koordinasiya Agentliyi) –nın dəstəyi ilə “Dəyərlərimiz-sərvətimiz, gələcəyimizdir” layihəsi çərçivəsində keçirilən məktəblərarası müsabiqənin mükafatlandırma mərasimi keçirilib. Şagirdlər “Milli-mənəvi dəyərlərə əsaslanan nümunəvi kişi və nümunəvi qadın obrazı” mövzusunda “Ən yaxşı hekayə” və “Ən yaxşı videoçarx” nominasiyalarında mübarizə aparıblar. “Ən yaxşı hekayə” nominasiyası üzrə məktəbin şagirdi Qənirə Ramizzadə III yerə tutduğuna görə hədiyyə və diplomla, məktəbin direktoru Qiyas Quliyev “Dəyərlərimiz-sərvətimiz, gələcəyimizdir” layihəsində fəal iştirakına, məktəbin şagirdləri Murad Qəmbərli, Könül Hüseynova, Cavid Həsənzadə, Əli Ağayev, Azərin Sultanalıyeva, Könül Həsənova və Arzu Qabillova görə isə müsabiqədə fəal iştiraklarına görə simvolik hədiyyə və təşəkkürnamə ilə təltif olunublar.

Məktəbin şagirdi I yerə layiq görülüb04-07 aprel tarixlərində 5 №li Bakı Peşə Liseyində badminton üzrə Azərbaycan birinciliyi keçirilib. Yarış 2009-cu il təvəllüdlü və daha kiçik yaşlılar arasında baş tutub. Məktəbin IV sinif şagirdi Murad İbrahimli bu yarışda iştirak edib. O, şəxsi, qoşa və qarışıq qoşada mübarizə apararaq qalibiyyət əldə edib. I yerə layiq görülən Murad İbrahimli Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplom və medalla mükafatlandırılıb.

HAQQIMIZDA

İlqar Cəfərov adına 260 nömrəli tam orta məktəb 1975-ci ildə tikilib. Məktəb Bakı şəhəri İcra H...

BİZİM FƏXRLƏRİMİZ

Səbuhi Hüseynov Habil

Kənan Nəbi Şamil

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi