Nailiyyətlərimiz

“Olimpiya Hərəkatı” layihəsi çərçivəsində keçirilən badminton üzrə məktəbin uğuruDekabrın 2-də “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində Xətai rayon məktəblilərinin badminton üzrə yarışı keçirilib. Xətai rayon məktəblilər arasında keçirilən badminton üzrə yarışda məktəbin komandası layiqincə iştirak edib. Komandamız yüksək nəticə əldə edərək birinciliyə layiq görülüb. 12 rayon üzrə keçirilən yarışda hər rayonun qalibi dekabrın 20-21-də baş tutacaq Bakı şəhər çempionatında iştirak edəcək. Komandamız da Xətai rayonun çempionu kimi Bakı şəhər çempionatında iştirak etmək hüququ qazanıb. Ümud edirik ki, komandamız Bakı şəhər çempionatında da üğür qazanacaq.

“Olimpiya Hərəkatı” layihəsi çərçivəsində keçirilən həndbol üzrə yarış“Olimpiya Hərəkatı” layihəsi çərçivəsində həndbol üzrə məktəblərarası yarış keçirilib. Noyabrın 27-də “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində həndbol üzrə məktəblərarası keçirilən yarışda məktəbin komandası da iştirak edib. Həndbol üzrə Xətai rayon məktəblərarası yarışda məktəbin komandası III yerə layiq görülüb. Komanda diplom və beynəlxalq olimpiya komitəsinin prezidenti Tomas Baxın sertifikatına layiq görülüb.

“Lütfi Zadə adına məktəblilərarası IV Məntiq Olimpiadası”nın fəal iştirakçısıBakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə “Lütfi Zadə adına məktəblilərarası IV Məntiq Olimpiadası” keçirilib. Olimpiada VI-VII sinif şagirdləri arasında keçirilib. 1 saat 30 dəqiqə davam edən olimpiadada şagirdlər 25 məntiqi suallar cavablandırıblar. Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasında məktəbin 7 ”a” sinif şagirdi Zeynəb Zeynallı Yalçın qızı fəal iştirakına görə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Tərifnamə ilə təltif olunub. Məktəbin direktoru Kəmalə Quliyeva və direktor müavini Sevil Abdurahmanova Zeynəb Zeynallını fəal iştirakına görə təbrik edərək xatirə şəkilləri çəkdiriblər.

HAQQIMIZDA

İlqar Cəfərov adına 260 nömrəli tam orta məktəb 1975-ci ildə tikilib. Məktəb Bakı şəhəri İcra H...

BİZİM FƏXRLƏRİMİZ

Nigar Nəzərli Sadiq

Fərid Süleymanov İlham

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi