Nailiyyətlərimiz

20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş badminton yarışı keçirilibYanvarın 16-dan 18-dək Texniki Universitetin idman zalında 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş badminton üzrə “Təhsil” Respublika İdman Mərkəzinin açıq birinciliyi keçirilib. Yarışda məktəbimizin IX sinif şagirdi Rəvan Niftalıyev şəxsidə III, qoşada I, qarışıq-qoşada II, komanda yarışında I yer, XI sinif şagirdi Vaqif İsmayılov şəxsidə IV, qoşada II, komanda yarışında I yer, VI sinif şagirdi Nigar Səmədova komanda yarışında II yer, X sinif şagirdi Raul Mehdiyev komanda yarışında I yer, VIII sinif şagirdləri Elçin Məmmədov və Əkbər Əliyev isə komanda yarışında II yer tutublar. Qaliblər diplom və medalla təltif olunublar.

Şagirdimiz Təşəkkürnamə ilə təltif edilibMəktəbimizin III sinif şagirdi Məhəmməd Qafarzadə dekabrın 24-də 1 №li Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni ilə həsr olunmuş “Ömrümüzü bəzə il” adlı rəsm sərgisində iştirak edib. Şagirdimiz sərgidə fəal iştirakına görə Təşəkkürnamə ilə təltif edilib.

Şahmat üzrə yarışda şagirdimiz I yerə layiq görülübDekabrın 25-də Azərbaycan Respublikası Təhsil Nazirliyi 1 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçıliğı ilə şahmat üzrə yarış keçirilib. Yarış Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunub. Məktəbimizin II sinif şagirdi Ramal Həsənzadə bu yarışda iştirak edib. O, yarış boyu gərgin mübarizə apararaq yüksək nəticə göstərib və birinci yerə layiq görülüb. Şagirdimiz 1 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən diplom və medalla təltif edilib.

HAQQIMIZDA

İlqar Cəfərov adına 260 nömrəli tam orta məktəb 1975-ci ildə tikilib. Məktəb Bakı şəhəri İcra H...

BİZİM FƏXRLƏRİMİZ

Sədaqət Cəfərova Etibar

Ağasəməd Qafarov Ağaəli

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi