Nailiyyətlərimiz

Karate üzrə məktəbin fəxri17-18 yanvar tarixlərində Astara rayonununda 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş uşaqlar, yeniyetmələr və gənclər arasında Kyokuşin karate döyüş növü üzrə açıq zona turniri keçirilib. Yarışda Astara rayon, Masallı rayon və Bakı şəhərindən 60 nəfər idmançı fəxri yerlər uğrunda mübarizə aparıblar. Məktəbin V “c” sinif şagirdi Əliyev Faiq 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş Kyokuşin karate döyüş növü üzrə açıq zona turnirində 9-10 yaş arası 45 kq çəkidə və Bakı şəhəri Olimpiya mərkəzində Kyokuşin karate döyüş növündə narıncı və göy kəmər üzrə I yerə layiq görüldüyünə görə diplomla təltif olunub.

Məktəbin uğuruTürkiyə Respublikasının Yeditepe Universiteti İ.Məsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunmuş rəsm sərgisi keçirilib. Məktəbin III “a” sinif şagirdi və eyni zamanda 1№-li Uşaq və Gənclər İnkişaf Mərkəzinin “Təsviri sənət” dərnəyinin üzvü Nuray Məmmədovanın çəkdiyi rəsm də sərgidə nümayiş olunaraq sertifikata layiq görülüb. Dərnəyin rəhbəri olan Qocayeva Rəhilə müəllim Nuray Məmmədovanı təbrik edib və gələcəkdə daha böyük uğurlara imza atmağı arzu edib.

Badminton üzrə məktəbin uğuruDekabrın 18-də “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində məktəblilər arası Bakı şəhər birinciliyinin badminton üzrə yarışı keçirilib. Yarış I nömrəli idman məktəbinin badminton bazasında keçirilib. “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində keçirilən badminton üzrə Bakı şəhər birinciliyində 12 rayon qaliblərin iştirak etdiyi final yarışında məktəbin komandası 2-ci yerə layiq görülmüşdür. Təbrik edirik! Uğurlarınız davamlı olsun!

HAQQIMIZDA

İlqar Cəfərov adına 260 nömrəli tam orta məktəb 1975-ci ildə tikilib. Məktəb Bakı şəhəri İcra H...

BİZİM FƏXRLƏRİMİZ

Nihad Abdullazadə Nahid

Şəhla Kamilova Fəqani

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi