Nailiyyətlərimiz

Futbol üzrə məktəbin uğuruDekabrın 6-da Xətai rayon M.Rüstəmov 11 ünvanında yerləşən Abad məhəllənin futbol meydançasında 2007-2009-cu il təvəllüdlü oğlanlardan ibarət komandalar arasında “Böyük Zəfər” adlı mini-futbol üzrə Bakı şəhər birinciliyinin rayon mərhələsi keçirilib. Turnirdə 8 komanda iştirak edib. I yeri 260 saylı tam orta məktəbin komandası tutaraq Bakı şəhər birinciliyində rayonumuzu təmsil etmək hüququ qazanıb. Qaliblər diplomlarla təltif olunublar.

Voleybol turnirinin qalibiXətai rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xətai rayon ərazisində yerləşən Azfar MMC-nin stadionunda 31 oktyabr “Zəfər Günü” nə həsr olunmuş yeniyetmə və gənclər arasında voleybol turniri keçirilib. Turnirdən öncə pandemiya şəraitini nəzərə alaraq COVİD-19 virusunun qarşısının alınması məqsədi ilə iştirakçılar arasında sosial məsafə qorunaraq, hərarətləri yoxlanıldıqdan sonra stadiona daxil olmağa icazə verilib. Turnirin nəticəsinə əsasən 1-ci yerə 17 №-li məktəbin komandası, 2-ci yerə 260 №-li məktəbin komandası, 3-cü yerə isə 63 №-li məktəbin komandası layiq görülüb. Qalib komandalar turnirin sonunda Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

Mini futbol turnirinin qalibiXətai rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xətai rayon ərazisində yerləşən Azfar MMC-nin stadionunda 30 oktyabr “Zəfər Günü” nə həsr olunmuş yeniyetmə və gənclər arasında “Mini futbol” futbol turniri keçirilib. Turnirdən öncə pandemiya şəraitini nəzərə alaraq COVİD-19 virusunun qarşısının alınması məqsədi ilə iştirakçılar arasında sosial məsafə qorunaraq, hərarətləri yoxlanıldıqdan sonra stadiona daxil olmağa icazə verilib. Turnirin nəticəsinə əsasən 1-ci yerə 264 №-li məktəbin komandası, 2-ci yerə 260 №-li məktəbin komandası, 3-cü yerə isə 86 №-li məktəbin komandası layiq görülüb. Qalib komandalar turnirin sonunda Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

HAQQIMIZDA

İlqar Cəfərov adına 260 nömrəli tam orta məktəb 1975-ci ildə tikilib. Məktəb Bakı şəhəri İcra H...

BİZİM FƏXRLƏRİMİZ

Nigar Kamilova Fəqani

Lalə Əhmədəliyeva Çingiz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi