Nailiyyətlərimiz

Mini futbol üzrə məktəbin uğuruXətai rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xətai rayon ərazisində yerləşən Azfar MMC-nin stadionunda 27 sentyabr- “Anım Günü” nə həsr olunmuş “Mini futbol” futbol turniri keçirilib. Turnirdən öncə pandemiya şəraitini nəzərə alaraq COVİD-19 virusunun qarşısının alınması məqsədi ilə iştirakçılar arasında sosial məsafə qorunaraq, hərarətləri yoxlanıldıqdan sonra stadiona daxil olmağa icazə verilib. Turnirin nəticəsinə əsasən 1-ci yerə 260 №-li məktəbin komandası, 2-ci yerə Birlik komandası, 3-cü yerə isə 269 №-li məktəbin komandası layiq görülüb. Qalib komandalar turnirin sonunda Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

“Lütfi Zadə adına Məntiq Olimpiadası”nda III yerin qalibiMəktəbin 6 ”c” sinif şagirdi Abdullazadə Nihad Nahid oğluna 2020-2021-ci tədris ilində keçirilmiş “Lütfi Zadə adına Məntiq Olimpiadası”nda iştirak edib. Abdullazadə Nihad “Lütfi Zadə adına Məntiq Olimpiadası”nda III–cü yerə layiq görüldüyünə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Diplomla ilə təltif olunub. Məktəbin direktoru Kəmalə Quliyeva Abdullazadə Nihad Nahid oğlunu fəal iştirakına görə təbrik edərək xatirə şəkili çəkdirib.

“Sabahın alimləri” X respublika müsabiqəsinin qalibləriFevralın 10-da “Sabahın alimləri” X respublika müsabiqəsi başlanılıb. Müsabiqə 10-17 fevral 2021-ci il tarixlərini əhatə edib. Pandemiya şəraiti ilə əlaqədar onlayn şəkildə təşkil olunmuş müsabiqəyə 123 layihə üzrə 208 şagird buraxılıb. Onların arasında 260 №-li məktəbin X sinif şagirdi İlkin səmədov “Tədrisdə virtual laboratoriyanın yaradlması və onun tətbiqı” kimi maraqlı bir mövzu ilə müsabiqəyə qatılıb. Qalib elan olunmuş bu layihə Amerikada keçirilən İSEF- Mühəndislik sərgisində ölkəmizi təmsil etmək hüququ qazanıb. Martın 2-sində "Sabahın alimləri” X respublika müsabiqəsinin onlayn bağlanış mərasimində çıxış edən təhsil naziri Emin Əmrullayev bütün qalibləri təbrik edib, hər birinə fəaliyyətlərində uğurlar arzulayıb. Nazir “Sabahın alimləri” müsabiqəsinin əhəmiyyətindən söz açaraq müsabiqənin şagirdlərin gələcək inkişaf və karyerasına müsbət təsir göstərdiyini qeyd edib.

HAQQIMIZDA

İlqar Cəfərov adına 260 nömrəli tam orta məktəb 1975-ci ildə tikilib. Məktəb Bakı şəhəri İcra H...

BİZİM FƏXRLƏRİMİZ

Leyla Adıgözəlova Şahin

Nigar Səfərli Səfər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi