FƏXRİMİZ

Cəfərov İlqar Məmmədrza oğlu 1963-cü il avqustun 7-də Bakı şəhərində anadan olub.

I sinfə 53 nömrəli tam orta məktəbdə gedib, 1978-ci ildən isə təhsilini Əhmədli qəsəbəsindəki 260 nömrəli tam orta məktəbdə davam etdirib. Əsgəri xidmətini Moskva şəhəri ətrafındakı daxili qoşunların hərbi hissəsində keçirib.

İlqar Cəfərov 1981-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya-biologiya fakultəsinə daxil olub, oranı 1985-ci ildə bitirib. İnstitutu bitirdikdən sonra “Olifinlər” adlanan elmi-tədqiqat zavodunda çalışıb və sonradan oranın aspirantı olub. İlqar “Analtik Kimya praktikumu” adlı dərsliyin müəlliflərindən biri olub.

İlqar Cəfərov 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə qatılıb, Şuşa, Kərkicahan, Əsgəran, Ağdam uğrunda  gedən döyüşlərdə iştirak edib. İlqar döyüşlərdən birində aldığı yaraya görə 1991-ci ilin dekabrında Bakıya gəlib və müalicəsini başa vurduqdan sonra döyüş bölgəsinə qayıdıb. O, 415 nömrəli BTR-in komandiri kimi döyüşlərdə fəallıq göstərib.

31 yanvar 1992-ci il tarixində Əsgəranda torpaqlarımız uğrunda gedən gərgin döyüşlərdə yoldaşlarını xilas edib, onları odun-alovun içərisindən çıxarıb, özü isə namərd gülləsinə tuş gələrək qəhrəmancasına həlak olub. Cəfərov İlqar Məmmədrza oğlu Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 260 nömrəli tam orta məktəb 1994-cü ildən İlqar Məmmədrza oğlu Cəfərovun adını daşıyır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi