Nailiyyətlərimiz

Azərbaycan gəncləri narkotiklərə yox deyirXətai Sənət Mərkəzində rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə sağlam həyat tərzinin təbliği, narkomaniya, tütün, alkoqol və digər zərərli vərdişlərin mənfi təsiri ilə bağlı rayon ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Azərbaycan gəncləri narkotikə yox deyir” mövzusunda rəsm, inşa yazı müsabiqəsi və mükafatlandırma mərasimi təşkil olunub. Bu müsabiqədə məktəbi layiqincə təmsil edən XI ”a” sinif şagirdi Könül Həsənova “Azərbaycan gəncləri narkotikə yox deyir” adlı inşa yazı müsabiqəsində III yeri tutduğuna görə və VII “a” sinif şagirdi Pirili Aytac “Azərbaycan gəncləri narkotikə yox deyir” adlı rəsm müsabiqəsində iştirak etdiyinə görə diplom və sertifikatla təltif olunublar.

Basketbol üzrə məktəbin uğuruOktyabrın 28-də məktəblər arasında Respublika Çempionatının proqramına daxil olan “Basketbol” (3x3) idman növü üzrə Xətai rayon birinciliyi keçirilib. Yarışda məktəbi IX-X sinif şagirdlərindən ibarət yığma komandamız təmsil edib. IX sinif şagirdləri Nihad Abasov, İsa Səfərov, Elçin Məmmədov və X sinif şagirdi İbrahim Verdiyev yarışmada fəal iştirak edərək finalda II yerə layiq görülüblər. II yerə layiq görülən şagirdlərə Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən təltif olunan diplomlar məktəbdə təqdim olunub.

Badminton üzrə Azərbaycan birinciliyinin qalibləri16-20 may tarixlərində 5 №-li Peşə Liseyində 2002-ci il təvəllüdlü və daha böyük idmançılarının iştirakı ilə badminton üzrə Azərbaycan birinciliyi keçirilib. edib. Yarışda məktəbin IX sinif şagirdi Rəvan Niftalıyev şəxsidə, qoşada və qarışıq-qoşada I, XI sinif şagirdi Vaqif İsmayılov və VI Nigar Səmədova isə qoşada III yer tutublar. Qaliblər Gənclər və İdman Nazirliyi tərəfindən diplom, medal və Fəxri Fərmanla təltif olunublar.

HAQQIMIZDA

İlqar Cəfərov adına 260 nömrəli tam orta məktəb 1975-ci ildə tikilib. Məktəb Bakı şəhəri İcra H...

BİZİM FƏXRLƏRİMİZ

Zülfiyyə Ağakişiyeva Elxan

Əsmət Yusifzadə Novruz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi