Nailiyyətlərimiz

SİMOC olimpiadasının qalibləriNoyabrın 25-də 200 nömrəli məktəb-liseydə 17 iyul, 2022-ci il tarixində keçirilmiş olan SIMOC olimpiadasının individual mərhələsində qalib gələn şagirdlərin mükafatlandırılması ilə əlaqədar tədbir keçirilib. SİMOC-2022 olimpiada qalibləri arasında 260 nömrəli tam orta məktəbin 7 "c" sinif şagirdi Abdullazadə Nihad da bürünc medala layiq görülmüşdür. Olimpiadada iştirak edərək qalibiyyət əldə edən bütün şagirdləri təbrik edir, gələcək həyatlarında uğurlar arzulayırıq!

Uğurlarımız davam edirNoyabrın 8-də 279 nömrəli tam orta məktəbin idman zalında Suraxanı Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin "Zəfər Günü" və Yeni Azərbaycan Partiyasının 30 illiyinə həsr olunmuş təşkilatçılığı ilə qızlar və oğlanlar arasında badminton üzrə turnir keçirilib. Turnirdə qızlar arasında açıq birinciliyində 260 nömrəli tam orta məktəbin şagirdləri Niftalizadə Qəndab I yerə, Məmmədova Nuray II yerə, oğlanlar arasında isə Məhərrəmov İlham I yerə, Hacıyev Amin isə II yerə layiq görülüblər. Qaliblər diplomlarla təltif olunublar.

Məktəbin uğuruTəhsil Respublika İdman Mərkəzinin 2 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi Publik Hüquqi Şəxsi-nin badminton idman növü üzrə 2011-2012-ci il təvəllüdlü oğlanlar və qızlar arasında “Şuşa İli” nə həsr olunmuş daxili birincilik mərhələsinə yekun vurulub. 29-30 oktyabr 2022-ci il tarixlərində 260 nömrəli tam orta məktəbin idman zalında təşkil olunan birincilikdə öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, idmançılarla maarifləndirici söhbətlər aparılıb. Yarışda 260 nömrəli tam orta məktəbin 6 "b" sinif şagirdi Niftaliyeva Qəndab və Məhərrəmov İlham I-ci yerə, Cəfərov Malik və Nəzət Aylin isə II-ci yerə layiq görüldükləri üçün rəhbərlik tərəfindən müvafiq diplom və medallarla təltif olunublar.

HAQQIMIZDA

İlqar Cəfərov adına 260 nömrəli tam orta məktəb 1975-ci ildə tikilib. Məktəb Bakı şəhəri İcra H...

BİZİM FƏXRLƏRİMİZ

Əli Mustafayev İslam

Rəvan Niftalıyev Surxay

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi