Nailiyyətlərimiz

Qılıncoynatma üzrə məktəbin qalibiMayın 15-də Bakı şəhəri üzrə 1 nömrəli İdman litseyində 28 may Respublika gününə həsr olunmuş Qılıncoynatma idman növü üzrə yarış keçirilib. Litseyin açıq birinciliyində 260 nömrəli məktəbin şagirdi Cəfərov İsmayıl birinci yerə layiq görülüb. Qalib diplomla təltif olunub.

Basketbol üzrə məktəbin uğuruXətai rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında fevralın 23-də Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Basketbol 3×3” üzrə turnir keçirilib. Turnirin nəticələrinə görə 269 № li tam orta məktəbin komandası I yeri, 260 № li tam orta məktəbin komandası II yeri, 147 № li Texniki Humanitar Liseyin komandası III yerə layiq görülüb. Qalib komandalar Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunub.

Qarabağ mətbəxinin qalibiDekabrın 27-də Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Xətai rayon Gənclər və İdman İdarəsinin birgə təskilatçılığı ilə Qarabağ mətbəxinə həsr olunmuş “Sənətin ən yaxşı bilicisi” kulinariya müsabiqəsi keçirilib. Müsabiqədə Qarabağ mətbəxinə məxsus “Fəsəli” şirniyyatı və “Şüyüd plov” hazırlanması nəzərdə tutulub. Müsabiqənin təşkilində məqsəd gənclər arasında Milli mətbəximizin və mətbəx mədəniyyətimizin təbliğ edilməsi olub. Yarışda VIII məktəbdən şagirdlər iştirak edib. Yarışda iştirak etmək üçün 260 №-li məktəbdən 5 nəfərdən ibarət 3 nəfər şagird, 2 nəfər müəllim heyəti göndərilib. Qarabağ mətbəxinə həsr olunmuş “Sənətin ən yaxşı bilicisi” kulinariya müsabiqəsinin qalibi Həsənli Əli Bəxtiyar oğlu olub. O, Qarabağ mətbəxinə məxsus olan ən ləzzətli “Fəsəli” şirniyyatını hazırlayaraq I-ci yerə layiq görülüb. Qalib Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla təltif olunub.

HAQQIMIZDA

İlqar Cəfərov adına 260 nömrəli tam orta məktəb 1975-ci ildə tikilib. Məktəb Bakı şəhəri İcra H...

BİZİM FƏXRLƏRİMİZ

Əli Mustafayev İslam

Natiq Hüseynov Fariz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi